Parçanı əyninə görə seçməyəndə
Yaxud «Cücə» lətifəsi...
Azər SARIOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
Putinin “4-cü respublikası”
Reallıq, yoxsa mif?
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
“Tramp verdiyi sözü yerinə yetirmədi”
Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”
-
Putinin arxayınlığının sirri
“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”
-
“Bu yolla hakimiyyətə gəlmək olmaz”
Moskva İrəvana xəbərdarlıq etdi
-
“Paşinyanı öldürə bilərlər...”
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
-
Paşinyanın seçilməsini Putin əngəllədi?
Erməni jurnalist Rusiya prezidentinə məktub ünvanladı: “Siz də ona yeni nəfəs verə bilməzsiniz”
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
Ermənistan kritik həftəyə girdi
Müharibənin “fitil”i çəkilə bilər
-
“Lavrov gedir, Qarabağ qayıdır...”
Kremlin ilginc ssenarisi işə düşür
-
«Atəşkəsə əməl edəcəksən!»
Putin Əsədə əmr verdi
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
Bəri başdan deyim ki, bu status-yazının Ziya müəllimə qətiyyən dəxli yoxdur. Gələn bir gün getməli idi, əbədi heç nə yoxdur və s. Cənab nazirin şəxsinə də hörmətim var. Kişi ilə bir vaxtlar salam-məleykim də olub (uzun söhbətdir, bir dəfə yazaram, oxuyarsınız. Balaca bir hissəsini paylaşmışdım). Sözüm ona deyil, onu ABŞ prezidenti Trampın dostu, başqa ölkənin başçısını isə tramplin bilənlərədir. Doğrudanmı elə hesab edirsiniz ki, hansısa qüdrətli, yaxud daha güclü bir dövlətin hansısa nüfuzlu şəxsinə yaxınlıq bizim ölkənin taleyini dəyişə biləcək qədər əhəmiyyət kəsb edir.
Məsələn, yəni İlham Rəhimov Vladimir Putinlə tələbə yoldaşı olub deyə, bizim məmləkətdə at oynatmaq qüdrəti qazana biləcəyinimi düşünürük? Ola bilsin ki, pul verdiklərinin, işlətdikləri kimlərinsə gözündə qüdrət sahibidir. Ancaq bir az kənara çəkilib cibinə yox, özünə baxsanız, mənzərə dəyişir axı. Adam yaxşı alim, yaxşı dost, yaxşı nazir, ağsaqqal və hətta yaxşı insan da ola bilər. Bütün bu məziyyətlər hələ qüdrət göstəricisi deyil axı. Belə məsələlər təkcə pulla da həll olunmur. Şəxsi liderlik keyfiyyətləri tələb olunur, bəli. Lakin həmin potensialı gerçəkləşdirmək üçün real müstəvi yoxdursa, o adam qüdrətini necə göstərə, şəxsini identikləşdirə bilər? Bəli, bizim ölkədə hələ ki, kənar qüdrətin «qüdrətliləri» üçün real müstəvi mövcud deyil- şərait yoxdur. Bəlkə dostlarının ölkəsində qarşılarına iri göstərən güzgülər qoyub «sən böyüksən» deyirlər, ancaq bizdə belə aynalar oyun zallarında, bəzi gözəllik salonlarında və brend mağazalarda olur. Yeri gəlmişkən, belələrinin bir neçəsi 2013-də yığılıb «Milyarderlər klubu» yaradaraq siyasi iddiaya düşmüşdülər. İndi həmin klub üzvlərindən bəzilərinin güzgülərini qırıblar və onlar da yenidən vətənlərinə sığınmaq istəyirlər, özü də biabırcasına, yaltaqcasına. Deməli, pullu olmaq, hələ ağıllılığa dəlalət etmir. Rusiyada qarışıqlıq zamanı, qanunsuzluğun meydan suladığı vaxtlarda maya tutub pullananlar nəticənin səbəbini ağıllı olmalarında deyil, başqa daxili xüsusiyyətlərində axtarsınlar. Söz yox, həmin xüsusiyyətlər indi də keçərlidir, ancaq artıq uyğun şərait yoxdur. Nahaqdan ölkəni kiçik, özlərini böyük görüb nəyəsə nail olacaqlarına boşuna ümidlənməsinlər.
Bu məqamda yadıma köhnə bir Şəki lətifəsi düşdü.
Uzun müddət Rusiyada bizneslə məşğul olmuş şəkili xoşuna gələn bir parça alır ki, kostyum tikdirsin. Dərzi parçaya baxaraq bundan kostyum çıxmayacağını, ancaq istəyirsə, şalvar tikə biləcəyini söyləyir. Soydaşımız parçasını götürüb kor-peşiman evə gəlir. Uzun illər sonra biznesi çökmüş həmin şəxs Şəkiyə qayıdıb orada yaşayası olur. Qəfil yadına düşür ki, Moskvada aldığı parça durur, ondan heç olmasa, şalvar tikdirsin. Parçanı götürüb gedir Şəkinin ən yaxşı dərzilərindən birinin yanına ki, mənə şalvar tik. Dərzi deyir ki, ə, heyif deyil, parçanı zay edirsən? Gəl, sənə kostyum tikim bundan. Keçmiş iş adamı soruşur ki, kostyum, yəni şalvar, bir dənə də pencək? Dərzi cavab verir ki, ha istəsən, bir cilet də tikərəm. Müştəri razılaşır. Dərzinin dediyi vaxtda gəlib görür ki, pencək, şalvar, jilet-hamısı qaydasında, əyninə qutu kimi oturur. Dərzinin pulu verərək soruşur:
- Mən Moskvada bunu aparmışdım ki, kostyum tikdirim, dedilər, şalvar güclə çıxar. Bəs sən necə etdin ki, «troyka» çıxdı?
Dərzi gülümsəyərək cavab verir:
- Bacıoğlu, ola bilər ki, sən Moskvada böyük adamsan. Ancaq burada, bizim Şəkidə cücəsən e, cücə. Al şapkanı da.
Hər parçadan kostyum çıxmır. Dərzidən də çox şey asılıdır. Ən əsas isə məkandır.