vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
XADİM  
22:43 | 23 fevral 2017 | Cümə axşamı Məqaləyə 1487 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mehriban Əliyeva sabitliyi təmin edəcək»

Rusiya eksperti: «Bu ilk növbədə Cənubi Qafqaza aiddir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti postuna təyinatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vitse-prezident kimi ehtimal olunan mümkün təyinatı prosedurunun başlanması yalnız Azərbaycanın yox, həm də dünyanın başqa ölkələrinin ekspert cəmiyyətlərində maraq doğurub.

«Yeni Rusiya» ictimai-siyasi hərəkatının lideri, Rusiya Aktual İqtisadiyyat Analitikası İnstitutunun direktoru Nikita İsayev virtualaz.org-a bildirib ki, keçən il Azərbaycanda keçirilmiş Konstitusiyaya dəyişikliklərin daxil edilməsi ilə bağlı referendum vaxtında atılmış addım idi.

«Bu gün biz görürük ki, xarici təhdidlərə görə postsovet məkanında vəziyyət bütün perimetrlər üzrə necə məcrasından sıxır. Və bu ilk növbədə Cənubi Qafqaza aiddir. Çətin vaxtlar ciddi qərarlar tələb edir. Təəccüblü deyil ki, Azərbaycan hakimiyyəti belə dövrdə respublika daxilində sabitliyin saxlanılması üçün mexanizmlər axtarır. Ukraynanın və xüsusən də Suriyanın nümunəsində biz gördük ki, etirazlarla oynamaq nələrə gətirib çıxara bilər», - deyə analitik qeyd edib.

N.İsayev xatırladıb ki, İŞİD vaxtilə Azərbaycanın dövlət quruluşunu artıq hədələyib. Və nə qədər ki, terrorçular məhv edilməyib, başqaları ilə müqayisədə Suriya qıfı yaxınlığında olan Azərbaycan özünü müdafiə etməyə məcburdur.

«İlham Əliyevin Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi ondan xəbər verir ki, elita sabitliyi saxlamağa çalışır. Unutmaq lazım deyil ki, Azərbaycanın birinci xanımı böyük təcrübəyə malikdir. Və o həm də Heydər Əliyev məktəbinin yetirməsidir. Onun təyinatı, bir çoxlarına qəribə görünsə də, vəziyyətin sabit saxlanılmasından irəli gələ bilər», - İsayev qeyd edib.

Vitse-prezident postuna Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun mümkün təyinatına gəlincə, ekspert hesab edir ki, bu, maraqlı gedişdir. «O, Naxçıvanın nümayəndəsidir. Sirr deyil ki, Naxçıvan Muxtar Respublikası Azərbaycandan ayrılıb və bu, strateji əhəmiyyətli regiondur, həmçinin ölkənin milli maraqları üçün. Bunu anlamaq üçün xəritəyə baxmaq kifayətdir».

Analitik əmindir ki, Vasif Talıbovun təyinatı Azərbaycan rəhbərliyinin ölkədə, həmçinin Naxçıvanda dövlət quruluşunun və hakimiyyətin vertikallığının möhkəmləndirilməsinə cəhd etdiyini göstərir. «İş yalnız Suriya qıfından gələ biləcək dağıdıcı potensialda deyil. İŞİD-in təhdidlərində də deyil. Biz əla bilirik ki, Qarabağ münaqişəsi olduqca şərti dondurulub. Keçən ilin Aprel eskalasiyası göstərdi ki, müharibə istənilən vaxt başlaya bilər. Çətin vaxtda ölkənin siyasi idarəçiliyində mühüm dəyişikliklər lazımdır. Bir də, belə bölgü bütövlükdə tənzimlənmiş görünür», - deyə İsayev vurğulayıb.

«Prinsip etibarilə, əgər Talıbovun namizədliyi təsdiq ediləcəksə və muxtariyyətin nümayəndəsi belə yüksək vəzifəni tutacaqsa, onda gələcəkdə belə postu (vitse-prezident) Azərbaycanın Qarabağ muxtar regionunun nümayəndəsinin tutacağı da mümkündür. Bu maraqlı ideyadır.

Rəsmi Bakı bu cür vəzifədən Qarabağ münaqişəsinin nizama salınması kontekstində danışıqlarda istifadə edə bilər. Bakı vitse-prezident postunu Qarabağ muxtariyyətinin nümayəndəsinə təklif edə bilər və bu bir növ Azərbaycan tərəfindən yaxşı niyyətin jesti olacaq», - analitik qeyd edib.