vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
13:14 | 27 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2821 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ona görə dağıtmışıq ki...»

«Azəravtoyol»dan barbarlıq, Mikayıl Müşfiqin heykəli də repressiyaya məruz qaldı

G.ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Virtualaz.org görkəmli şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, «Statistika dairəsi» kimi tanınan ərazidə yerləşən heykəlinə qarşı bu vandalizm əməli ilə bağlı «Azəravtoyol» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Heykəlin dağıdılması faktını təsdiq edən fotoların yayılmasına baxmayaraq «Azəravtoyol» rəsmisi iddia edib ki, heykəl dağıdılmayıb, sadəcə götürülüb ki, işlər yekunlaşandan sonra qaytarıb yerinə qoyulsun.

«Həmin ərazidə yolların genişləndirilməsi və yenidənqurma işləri çərçivəsində Mikayıl Müşfiqin büstü müvəqqəti yığışdırılıb və anbara qoyulub ki, təmir işləri gedəndə ziyan çəkməsin. Plana görə həmin ərazidə indikindən beş dəfə geniş park salınacaq, heykəl də qaytarılıb yerinə qoyulacaq», - Anar Nəcəfli deyib.

«Azəravtoyol» ASC-nin mətbuat xidmətinin rəhbəri bunu da deyib ki, bir azdan heykəlin fotosunu yayımlayacaq və onun dağıdılmadığını əyani təsdiq edəcək. Hərçənd ki, yayılan fotoya əsasən şairin heykəlinin postamenti dağıdılıb, barelyef götürülüb , başqa sözlə, heykəltəraşın yaratdığı əsər korlanıb. Hansı ki, heykəltəraş gənc yaşlarında Stalin repressiyasının qurbanı olan şairi qaya parçasının üzərində həkk etmişdi , indi isə ona qarşı ikinci dəfə repressiyaya yol verildi. Ola bilsin heykəlin baş hissəsi doğrudan da dağıdılmayıb, ancaq sual yaranır:  bəyəm «Azəravtoyol» rəhbərliyi həm də heykəltaraşlıqla məşğul olur ki,  dağıdılan heykəli əvvəlki formasında bərpa edə biləcək?

A.Nəcəfli onu da deyib ki, Mədəniyyət Nazirliyinin heykəlin dağıdılmasına görə onları məhkəməyə verməyə hazırlaşmasından narahat deyillər. «Onların öz işidir», - «Azəravtoyol» rəsmisi deyib.


***


12:14

«Azəravtoyol» ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsini dağıdıb.

Bu haqda virtualaz.org-a Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.

Bundan başqa, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

«Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik», - deyə o vurğulayıb.