vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
14:27 | 27 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1584 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sabah da, 10 il sonra da»

Aleksandr Xramçix: «Qarabağda hər an müharibə başlaya bilər»

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Hərbi-Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin kəskinləşməsini şərh edib.

Modern.az saytının məlumatına görə, Xramçixin haqqın.az-a açıqlamasında deyib ki, hazırki vəziyyət müharibəyə aparır.

«Tərəflər bir-birinə tamamilə əks mövqedədir. Müharibə istənilən vaxt – sabah da, 10 il sonra da – başlana bilər», - deyə o bildirib.

Hərbi ekspertin fikrincə,  Qarabağ problemini praktiki olaraq həll etmək mümkün deyil.

Fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib.

Azərbaycan Müdafiə Nazirliyinin xəbərinə görə, döyüş toqquşması nəticəsində itkilərimiz var.

Lakin Azərbaycan ordusunun itkilərinin sayı hələ ki, açıqlanmayıb.

Buna baxmayaraq Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsini məhv edib.

Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.

Düşmən itkilərə məruz qalıb.