Sabit Bağırovun təklifləri qeyd-şərtsiz qəbul olunmalıdır
MSŞA QHT Koalisiyası Şurasının növbəti toplantısı keçirilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əfvin imzalanacağı tarix dəqiq deyil
«Prezidentin səlahiyyətində olan məsələdir»
-
Məhkumlara şad xəbər
500-dək dustaq Novruz bayramını evində keçirə bilər
-
Yeni cəza növü - elektron bilərzik...
Əliməmməd Nuriyev: «Alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist islah yolu təqdim edir»
-
Rüşvət vermə cinayətləri artıb...
Bəs onlar necə cəzalandırılır?
-
Sən vermədin, mən də almadım
Elektron xidmətlərdən istifadə, birbaşa təmasın aradan qaldırılması rüşvət cinayətlərini məhdudlaşdır
-
Dövlət qurumlarındakı «ölü canlar»
...Onları kim himayə edir...
-
Deputat hiddətləndi
«Əhaliyə at-eşşək əti yedizdirən oğru «işbazlara» cinayət işi açılmalıdır!»
-
«Hər hansı ziddiyyət yoxdur»
Yeni qanun şərh olundu: «Prezident Administrasiyasının ləğvindən söhbət belə, gedə bilməz»
-
«Cahangir Hacıyev istəsə də edə bilməz…»
Əfv Komissiyasının üzvündən açıqlama...
-
«Azadlığın sərhədləri genişlənir»
Əliməmməd Nuriyev: «Prezident aydın mesaj verir ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır»
-
AHP-nin saytı təqdim edildi
Açıq Hökumət Platformasının Gürcüstanın ədliyyə naziri ilə görüşü də keçirilib
-
«Hökumət tərəf tutmaq istəmir»
MSŞA QHT Koalisiyası üzvləri MHŞT üzrə Çoxtərəfli Qrupun sədri ilə görüşüb
-
MSŞT-də vacib görüş
Qrant prosedurunun sadələşdirilməsi QHT-lərin işinə töhfəsini verdi
-
«Artıq nəticələr də var»
Əliməmməd Nuriyev: «Korrupsiya Qavrama İndeksində Azərbaycana daha yüksək bal verilməli idi»
-
Açıq Hökumət Platformasının toplantısı keçirildi
Əsasnamə qəbul edildi, qanunvericiliyə dəyişikliklər müzakirə olundu
-
«Əhəmiyyətli sadələşdirmələr aparılacaq»
Əliməmməd Nuriyev: «QHT-ləri narahat edən problemlərin həlli davam edir»
Bu gün İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» (MSŞA) QHT Koalisiyası Şurasının növbəti toplantısı keçirilib. Toplantıda Koalisiyanın daxili problemləri, martın 8-i və 9-da Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti toplantısından əvvəl Azərbaycanın statusu ətrafında yaranmış vəziyyət, MHŞT üzrə Çoxtərəfli Qrupa üzvlərin seçilməsi və cari məsələlər müzakirə edilib.
VAXT.AZ-a daxil olan məlumata görə, Müzakirələrdə Koalisiya Şurası qurum daxilində yaranmış böhranın aradan qaldırılması üçün Koalisiya Şurasının keçmiş üzvü Sabit Bağırov tərəfindən irəli sürülən təkliflərin olduğu kimi, qeyd-şərtsiz qəbul edilməsinə tərəfdar çıxıb. Bununla bağlı müvafiq bəyanat da qəbul edilib.
Həmçinin, toplantıda MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə Azərbaycanın tamhüquqlu üzv statusunun bərpası üçün müraciət qəbul olunub. Müraciətdə Azərbaycan üçün təsdiqlənən İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icrasından sonra vəziyyətin müsbətə doğru dəyişməsinin nəzərə alınması və ölkəmizin MHŞT-də tamhüquqlu statusunun bərpasına çağırış edilib.
Eyni zamanda Koalisiyanın MHŞT üzrə Çoxtərəfli Qrupda təmsilçiliyi ətrafında yaranmış durum da müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Koalisiyanın Ümumi Yığıncağının çağrılması üçün məsləhətləşmələrə başlanılması ilə əlaqədar da fikir mübadiləsi aparılıb, üzvlüklə bağlı müraciətlərə isə növbəti iclasda baxılması qərara alınıb.
Müzakirələr zamanı Koalisiya Şurası üzvü Əliməmməd Nuriyev tərəfindən Koalisiya üzvlərinin və vətəndaş cəmiyyətinin problemlərinin həlli ilə bağlı görülən işlər barədə də məlumat verilib.