vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MEDİA-QHT  
18:44 | 2 fevral 2017 | Cümə axşamı Məqaləyə 2512 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MSŞT-də vacib görüş

Qrant prosedurunun sadələşdirilməsi QHT-lərin işinə töhfəsini verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevral 1-də «Mədən sənayesində şəffaflığın artırılması» QHT Koalisiyasının hazırkı və keçmiş Koalisiya Şurası, Monitorinq Qrupu və Çoxtərəfli Qrupda təmsil olunan üzvləri ilə MSŞT üzrə beynəlxalq idarə heyətinin sədri, İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt və MSŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberqlə görüşü keçirilib. Bu barədə VAXT.AZ-a koalisiyadan məlumat verilib. Məlumatda deyilir ki, adıçəkilən görüş MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin təşəbbüsü ilə keçirilib və onlar tərəfindən təşkil olunub.

Bu görüş, aparılan müzakirələr barədə «Mədən sənayesində şəffaflığın artırılması» QHT Koalisiyası adından təhrif olunmuş məlumatlar verilib. Eyni zamanda bu görüş barədə açıqlama verilməsi də etik qaydaların pozulması kimi qiymətləndirilməlidir. 

Koalisiyada yaranmış vəziyyəti nəzərə alaraq görüşdə moderatorluq İnqilab Əhmədova həvalə olunub. Görüş barədə açıqlama verilməzi zərurəti var idisə, bunun İ.Əhmədov tərəfindən verilməsi daha düzgün olardı. 

Görüşdə Koalisiyanın Monitorinq Qrupunun üzvü Hafiz Həsənov çıxış edərək QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilən dəyişikliklər və bununla əlaqədar Nazirlər Kabinetinin qərarları barədə məlumat verib. 

Hafiz Həsənov qeyd edib ki, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli «Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması» və 24 yanvar 2017-ci il tarixli «Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi» Qaydalarında dəyişikliklər edilməsi barədə qərarları qrant müqavilələrinin qeydiyyatına süni maneələr və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır. Bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir. Qrant müqavilələrinin xidmət müqaviləsi kimi qeydiyyata alınması imkanları yaranır. 

Eyni zamanda xarici donorlar tərəfindən qrantların verilməsi proseduru xeyli sadələşdirib. Təqdim olunmalı olan sənədlərin sayı azaldılıb. Müraciətə baxılması müddətləri 2 dəfəyədək azaldılıb. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina üçün əsaslar dəqiqləşdirilib. 

H.Həsənov bildirib ki, bütün bunlar əhəmiyyətli irəliləyiş kimi qeyd edilməlidir. Bununla belə, xarici donorların qrant verməsi və xarici donorlarla imzalanan qrant müqavilələrinin qeydiyyatı ilə bağlı qanunvericilikdə dəyişikliklər davam etməlidir.

Koalisiya Şurasının keçmiş üzvü Taleh Əliyev Koalisiya Şurasının bir qrup tərəfindən inhisara alınmasına, siyasiləşməsinə diqqət çəkib. T.Əliyev 6 nəfərdən ibarət bir qrupun Koalisiyada parçalanmanı dərinləşdirdiyini, Koalisiya üzvlərinin iradəsini nəzərə almadığını açıqlayıb. 

T. Əliyev əlavə edib ki, Azərbaycanla bağlı Koalisiya daxili münasibətlərə aydınlıq gətirilməsi üçün ikinci İslahedici Tədbirlər Planı hazırlanmasına ehtiyac var. 

Koalisiya Şurasının keçmiş üzvü Nicat Dağlar qeyd edib ki, Koalisiyanın hazırkı rəhbər heyətinin (5+1 formatının) MHŞT fəlsəfəsindən uzaq düşərək siyasi maraqlara xidmət edir. MHŞT Koalisiyasından qalxan kimi istifadə edir və öz siyasi maraqlarını təmin etmək məqsədilə bu vətəndaş cəmiyyəti birliyini tamamilə dəxli olmayan istiqamətlərə yönəldir. Nəticədə isə Koalisiyada parçalanma meylləri güclənir və hazırkı Şuraya etimadsızlıq mühiti dərinləşir. Koalisiya növbədənkənar Ümumi Yığıncağa gedib yeni Şura formalaşdırmayana qədər əvvəlki monolitliyi bərpa etmək mümkün olmayacaq.

Koalisiya Şurasının üzvü Əliməmməd Nuriyev rəhbər heyətin bir qrup üzvünün - 6 nəfərin qurumu siyasi mübarizə müstəvisinə çevirdiyini, qərarların qəbulu məsələlərində inhisar yaratmağa çalışdığını vurğulayıb. Qeyd edib ki, bu qrup qeyri-legitim qərarlar qəbul edərək, Koalisiyadan siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə cəhd göstərirlər, Koalisiyanı siyasi bəyanatlar platformasına çeviriblər. Eyni zamanda öz mövqelərini möhkəmləndirmək üçün özlərinə yaxın yeni üzvlər qəbul edirlər. O, əlavə edib ki, bu qrup şəxslər Koalisiya Şurası adından qəbul edilən qərarlar barədə Koalisiyaya məlumat vermirlər. Eyni zamanda o, qeyd edib ki, bəzi hallarda Beynəlxalq İdarə Heyətini ölkələrə münasibətdə cəza orqanı kimi təqdim etməyə çalışırlar. İctimaiyyəti, vətəndaş cəmiyyəti və hökuməti, təhdid, şantaj etməyə səy göstərirlər. Bir qrup Şura üzvü tərəfindən verilən son bəyanatlar və müsahibələrdə bu elementlər açıq şəkildə ifadə olunur. 

Ə.Nuriyev MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvünün bu statusundan sui-istifadə etdiyini də diqqətə çatdırıb.

MSŞT üzrə beynəlxalq idarə heyətinin sədri, Fredrik Reinfeldt AP Prezidenti cənab İlham Əliyevlə görüşü barədə məlumat verib. Qeyd edib ki, prezident İlham Əliyevlə çox uğurlu və məhsuldar görüş keçirilib. Prezidentlə görüşdə Azərbaycanın MSŞT ilə əməkdaşlığı sadiq olması bir daha vurğulanıb. Azərbaycanın gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpası üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Cənab Fredrik Reinfeldt əlavə edib ki, MSŞT-nin öz standartı var. Bütün maraqlı tərəflər, o cümlədən vətəndaş cəmiyyəti MHŞT ilə əlaqədar fəaliyyətlərini sərbəst, azad həyata keçirməsi imkanına malik olmalıdır. İnsan hüquqları vacibdir, lakin, MHŞT-nin mandatına daxil deyil. Biz bütün qiymətləndirməni MHŞT prosesi ilə əlaqədar dəyərləndiririk. 

Cənab Fredrik Reinfeldt Koalisiya daxilində yaranmış vəziyyətlə bağlı təəssüfünü ifadə edib.

MHŞT Beynəlxalq İdarə Heyətinin sədri bütün proseslər barədə məlumatlıdır. Gedən prosesləri haqqında dolğun informasiyaya malikdir. 

Görüş üçün qısa müddət ayrıldığından Koalisiyanın fəaliyyəti ilə bağlı bir çox məsələləri ətraflı müzakirə etmək mümkün olmayıb. 

Koalisiya Şurasının bir qrup üzvünün açıqlamaları və Şura adından bu cür təhrif olunmuş məlumatlar verməsi Koalisiyada parçalanmanı dərinləşdirməyə, qrup maraqlarının təmin olunmasına xidmət edir.