Mehriban Əliyeva böyük dəyişikliklər yaradacaq
Birinci vitse-prezident dövlət idarəçiliyində yeni imkanlara açacaq
Rufik İSMAYILOV, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
Qubadlının baş planı hazırdır
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
-
Zəngilan aeroportu beynəlxalq status aldı
Prezident və birinci xanım hava limanında baş çəkdi
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
-
“Mükəmməl çıxış etdiniz”
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
-
“Vaxt itirmədən istehsalı artırmalıyıq”
Dövlət başçısı: “İndi mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır”
-
“Hərə yorğanı öz tərəfinə dartırdı”
Prezident: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır”
-
“Dövlət bir manat da pul qoymur”
İlham Əliyev: “Bərpa olunan enerji layihələrini xarici sərmayə həyata keçirir”
-
“Ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət”
Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri
Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. Buna görə də Mehriban xanımın hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 21-də imzaladığı sərəncamla ölkənin Birinci vitse-prezidenti təyin olunduqdan sonra da qeyd olunan sahələrdə fəaliyyətini davam etdirəcəyini bildirib. O, Rusiyanın «Vesti nedeli» verilişinə müsahibəsində deyib ki, Birinci vitse-prezident kimi bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindədir. Mehriban xanım mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar olduğunu diqqətə çatdıraraq, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu vurğulayıb. Mehriban xanım Əliyevanın bu məlum təyinata qədər Azərbaycan üçün gördüyü işləri nəzərdən keçirsək, belə bir mühakimə yürütmək olar ki, birinci xanım bundan sonrakı illərdə əvvəlki fəaliyyətini dövlət idarəçiliyində daha sistemli şəkildə, uğurla həyata keçirəcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev «Kaspi»yə açıqlamasında bildirib ki, Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunana qədər bütün ictimai-siyasi fəaliyyəti boyu humanitar, sosial sahələri daim diqqət mərkəzində saxlayıb. Millət vəkilinin sözlərinə görə, Mehriban xanım məhz bu sahələrdə həyata keçirdiyi layihələr, gördüyü işlər sayəsində xalqın etimadını, inamını, məhəbbətini qazanıb: «Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili kimi həm deputat seçildiyi rayonda və ümumilikdə Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, mühüm işlərə imza atıb. Buna misal kimi, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini və sair yüzlərlə belə faktları sadalamaq olar. Bu layihələrin reallaşdırılması Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə mümkün olub. Onun təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar aksiyalar həyata keçirilib. Bu humanist missiya bütün dünyaya bəllidir və gözəl nümunədir. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban Əliyeva bundan sonra tamamilə yeni statusda, indiyə qədər olan fəaliyyətini dövlət siyasəti səviyyəsində həyata keçirəcək. Heç şübhə etmirəm ki, o, bu statusda daha böyük sosial, humanitar layihələrə imza atacaq».
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, millət vəkili Sahibə Qafarova da qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan prezidentinin daxili siyasətində sosial siyasət, xüsusən də əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələrin sosial problemlərinin həlli həmişə prioritet təşkil edib. Millət vəkili bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva da dövlətin bu siyasətinin, humanist missiyasının həyata vəsiqə almasında mühüm rol oynayacaq: «Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması üçün mühüm işlər görüb. Eyni zamanda o, milli-mənəvi dəyərlərin qorunması, dünyada Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində də zəngin fəaliyyət ortaya qoyub. Mehriban xanım bütün fəaliyyəti boyu əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləməklə, təmsil olunduğu cəmiyyətə yalnız fayda gətirib. O, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə də xidmət edib. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində də Mehriban xanım danılmaz işlər görüb. Onun zəngin fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır. Bütün bunları nəzərə alsaq, qətiyyətlə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti kimi də Mehriban xanım Əliyeva daha böyük işlər görəcək, o cümlədən sosial sahədə mühüm layihələr həyata keçirəcək, Azərbaycan naminə daha böyük uğurlar əldə edəcək».