«Saxlamayanda sürücünü döyürlər»
Bakıda avtobus biabırçılığı
Gülnar ƏLIYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tıxac probleminin çarəsi – tramvay?
Alternativ xidmətlərə ehtiyac yaranıb
-
Tramvaylar geri qayıdır?
Sakinlər arzusuna BNA susur
-
Hər kəs həddini bilməlidir
Sutkada 12 saat sükan arxasında sürücü də insandır və onun da səbrinin həddi var
-
BNA-nın saytındakı pərakəndəlik
“Google Maps” Azərbaycanla bağlı məlumatları siləcəkmi?
-
O “Avtobus”la “Çarəsiz sərnişinlər” gələcək...
Sizin, mənim, hamımızın görüb deyə bilmədiklərimiz
-
İctimai nəqliyyat - absurd teatrı
Yaxud arvadların kişilərə göz verib, işıq vermədiyi məkan
-
300 ədəd və 48 milyon...
10 qəpiklik artımın səbəbi bilindi
-
“BakuBus” BNA-ya verildi
Avtobuslar və avtomobil dayanacaqları da BŞİH-dən alındı
-
Bakı metrosu sərnişinlər üçün bağlıdır
Avtobuslar isə pulsuz işləyir
-
Marşrutlarına qayıdırlar
“Formula 1”lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır
-
Tıxaca qarşı tədbir
“Koroğlu” metrostansiyası qarşısındakı avtobus dayanacağı ləğv edilir
-
... 35, 60, 90 manatlıq
Yeni «Baku Card» istifadəyə verilir ...
-
Bakıya yeni avtobuslar gətirilir
Vahid kart sisteminə keçəcək nəqliyyat vasitələrinin sayı 2.5 dəfə artacaq
-
«Uber» ermənilərə işləyir?
Bakı Nəqliyyat Agentliyindən çağırış
-
Bilet atlıdır, sərnişin piyada
Camaatın tapa bilmədiyini alverçi haradan alır?
-
Bakıda marşrut avtobusu ağır qəza törətdi
Ölən var
Sabunçu rayonunda normadan artıq sərnişinlə təhlükəli şəkildə hərəkət edən 179 saylı marşrutla bağlı video görüntü yayılıb. Virtualaz.org xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərdən də aydın olur ki, sərnişin avtobusu normadan artıq sərnişinlə hərəkət edir.
Pirşağı qəsəbəsindən metronun «Azadlıq prospekti» stansiyasının yaxınlığındakı dayanacağa qədər hərəkət edən 10 TG 572 qeydiyyat nömrəli avtobus o qədər dolub ki, içəridə nəinki oturmağa, heç ayaq üstə durmağa da yer yoxdur. Sərnişinlər avtobusun qapısından sallaşaraq getsələr də, bu avtobusun sürücüsünü narahat etmir. Marşrutu saatlarla gözləyən sərnişinlər məcburiyyət qarşısında qalaraq dolu avtobusdan sallaşmalı olurlar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev virtualaz.org-a bu problemin onları narahat etdiyini və paytaxtda say etibarilə sərnişinlərə nəqliyyat vasitələrinin sərnişin axınına cavab verməyən daşıyıcı xətlər olduğunu bildirib. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün Agentlik ancaq xəbərdarlıq edə bilir, inzibati tədbirlər isə onların səlahiyyətində deyil: «Bu gün Bakı Nəqliyyat Agentliyində marşrut xətlərinin sahibkarları ilə təcili görüş keçirilib və görüşdə sərnişin daşıma qaydalarına əməl edilməsi ilə bağlı ortaya çıxan problemlər müzakirə olunub.
Amma yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi Dövlət Yol Polisi İdarəsinin səlahiyyətindədir. Onlar belə hallara görə qayda pozanları inzibati məsuliyyətə cəlb edə bilərlər. Səmərəli nəticələr əldə etmək üçün biz DYP ilə əməkdaşlıq edirik. Yaxın günlərdə DYP ilə sərnişindaşıma hallarının pozulması ilə bağlı reydlərə başlayacağıq».
M.Ağayev həmçinin qeyd edib ki, bəzən bu cür hallarda daşıyıcılara xəbərdarlıq edilsə də, sürücülər bunu sərnişinlərin tələbi ilə izah edirlər: «Məsələn, Balaxanı qəsəbəsində də bir müddət əvvəl belə hadisə baş vermişdi. Marşrutu normadan artıq sərnişinlə idarə edən sürücülər bunu onunla izah edirlər ki, avtobus dolu olsa belə, dayanacaqda saxlamayanda kənd camaatı sürücüləri döyürlər».
Avtobusun normadan artıq sərnişinlə doldurulması hallarının qarşısını almaq üçün marşrutların sayının artırılmasına gəlincə isə, BNA rəsmisi bildirdi ki, bu daşıyıcıların imkanından asılı olan məsələdir.
«Onu da anlayırıq ki, sərnişindaşıma sahəsində keyfiyyət artırılmalıdır. Hansısa sahibkarın imkanına görə tənzimlənməməlidir. Sahibkar öz imkanlarını işlədiyi sahənin tələbinə uyğun qurmalıdır», - deyə M.Ağayev bildirib.