Ermənistan XİN son sözünü dedi
İrəvan danışıqları bərpa etmək niyyətində deyil
E.PAŞASOY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
«Aprel müharibəsi parlaq şəkildə bir daha sübut etdi ki, Dağlıq Qarabağ heç vaxt və heç bir statusla Azərbaycanın tərkibində ola bilməz». Belə bir sərsəm iddia ilə Ermənistanın Xarici İşlər Nazirliyi çıxış edib. Aprel müharibəsinin ildönümü və ölkədə keçirilən seçkilər ərəfəsində daxili ictimaiyyəti ələ almaq xarakterli bəyanat verən İrəvan bununla növbəti dəfə sülh prosesinin davamında maraqlı olmadığını nümayiş etdirib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin İrəvandakı səfərlərində özlərini «sülhpərvər» statusunda təqdim edən və diplomatları danışıqların bərpasına hazır olmasına inandıran erməni rəsmiləri az sonra tam fərqli qiyafədə görünməyə başlayıb. «Dağlıq Qarabağ heç vaxt və heç bir statusla Azərbaycanın tərkibində ola bilməz»-bəyanatı verən qurumla danışıqlar6ı bərpa etməyin də mənası qalmır, bununla İrəvan hərbin alternativini qoymadığını nümayiş etdirdi. Bütün dünya bilir ki, Azərbaycan ərazisinin bir qarışını belə güzəştə getmək niyyətində deyil, bunu Azərbaycan prezidenti son bəyanatında bir daha dilə gətirdi.
Ermənistan prezidenti Serj Sərkisyan bir gün əvvəl partiyasının seçki təbliğatının yekun toplantısında növbəti dəfə avantürüst bəyanatlarla çıxış etmişdi. Ancaq erməni prezidentin narahatlığı da gözdən qaçmadı. Belə ki, o, müharibənin başa çatmadığını deməklə həm qarşı tərəfi çəkindirməyə çalışmışdı, həm də himayədarlarına mesajlar vermişdi.
Ermənistan XİN isə Sərksiyanın müharibə ritorikasını davam etdirərək faktiki olaraq danışıqların davamına zərurət olmadığı yanaşmasını sərgiləyib. Əks təqdirdə xarici siyasət idarəsi «Dağlıq Qarabağdakı insanların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi dönməz xarakter alıb» kimi avantürist mövqedən çıxış etməzdi.
Ötən ilin dörd günlük aprel döyüşlərinin başlanmasına və itkilərə görə Azərbaycanı günahlandıran, üstəlik bu hadisələri 90-cı illərin əvvəllərindəki dörd illik qanlı müharibə elə müqayisə edib həyasızcasına Bakını ittiham edən rəsmi İrəvan diplomatiyaya xas olmayan həyasılıqla ölkəmizin ünvanına hədyanlar yağdırıb. Bəyanatda iddia olunub ki, Azərbaycanın ötənilki hərəkətləri «sülh prosesinə ağır zərbə vurub».
Prezident S.Sərkisyan, XİN rəhbəri E.Nalbəndyan başda olmaqla Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərini, bu ilin əvvəlindəki təxribatlar nəticəsində baş verən facilələri, seçkiqabağı İrəvanın təmas xətti boyunca durumu kritikləşdirməyə yönəlik davranışlarını «unudan» Ermənistan XİN şivən qopararaq Bakının Sant-Peterburq və Vyana razılaşmalarını «pozduğunu» bəyan edib, bununla da «ağa»sı Rusiyaya xoş gəlməyə çalışıb.
Azərbaycan rəhbərliyinin dünya birliyinin Dağlıq Qarabağı ölkənin ayrılmaz hissəsi sayması barədə bəyanatlarına toxunan rəsmi İrəvan iddia edib ki, beynəlxalq aləm «Dağlıq Qarabağ xalqı»nın «öz müqəddəratını təyin etməsinin» tərəfdarıdır.
Göründüyü kimi, hələ özü Dağlıq Qarabağı müstəqil subyekt kimi tanımağa cəsarət etməyən İrəvan həm də beynəlxalq təşkilatları şantaj edib. Yəqin ki, rəsmi Bakının bu sərsəm iddialara cavabı olacaq.
Yeri gəlmişkən, bu gün Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan da aprel döyüşlərinin ildönümü ilə bağlı ermənilərinə müraciət edib, aprel döyüşlərin təkrarlana biləcəyindən təşvişə düşənləri ruhlandırmağa çalışıb. Bu arada Dağlıq Qarabağdakı oyuncaq «parlament»in müzakirəsinə təqdim olunan «qanun layihəsi» də gülüş doğurur. Belə ki, demoqrafik vəziyyətdən narahat olan Qarabağ separatçıları süni məskunlaşmanın, muzdlu döyüşçü cəlbetmənin, hətta qadınları orduya çağırmanın fayda vermədiyini anlayıb indi də Dağlıq Qarabağda əsassız abortu qadağan etmək niyyətinə düşüblər.