«Platon sistemi»nin fəsadı
«Anbarlarda mal qalmayıb, bəzi firmalar qapılarını bağlayıb...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəyə yox! Ukraynaya azadlıq!”
Dağıstanda son zəngdə insident inzibati iş və üzrxahlıqla yekunlaşıb
-
Türkmənbaşı TIR yoluna tir qoydu
Azərbaycandan keçən marşrut uzun olsa da, təhlükəsizdir
-
Qorxunc zərərverici yayılır
Dağıstanda mərmər bağacığına qarşı karantin elan olunub
-
Qurbanov həbsdən buraxıldı
Azadlığa çıxmasında Bakının həlledici rolu olan məşhur nəslin nümayəndəsi hakimiyyətə qayıdacaqmı?...
-
Dağıstan-Azərbaycan sərhədində bürokratik əngəllər
Gömrükdə rüşvət yığışdı, əvəzində yükdaşımalar iflic oldu
-
Azərbaycana gətirilən nəhəng yük yolda ilişdi
TIR-ın xilas üçün dəmir baryerləri kəsdilər
-
TIR sürücülərinin növbəti tətili
Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq
-
«Boğaza yığılmışıq»
Gömrük əməkdaşının azərbaycanlı TIR sürücüsünü söyməsi Dağıstan-Azərbaycan sərhədində etiraz aksiyasına səbəb oldu
-
Ata-bala Abbasovlar Putinin adamına sığındı
Rusiya prezidentinin Xəzər regionundakı yeni nümayəndəsi ilə fotolarını yaymaq nəyə işarədir?
-
Putinin xüsusi Xəzər nümayəndəsi: məqsəd nədir?
«Abdultipov yeni vəzifədə bir neçə problemlə qarşılaşacaq»
-
DİN nazirinin gözü qarşısında vəhşilik
Cangüdənlər kortejin yoluna çıxan BMW sürücünü təpiklədilər
-
Abdulatipov nümunəsi
Məmurlarımız niyə özlərinə zülm edirlər...
-
«İşsiz qalmayacağam»
Ramazan Abdulatipov istefadan sonra...
-
Bir əsrdən sonra ilk rus qubernator
Çar generalı baron Vrangeldən 100 il sonra Dağıstana Putinin generalı Vasilyev rəhbərlik edəcək
-
Kreml çoxmillətli Dağıstana lideri hansı millətdən təyin edəcək?
Maqomedsalam Maqomedov və İliyas Umaxanov da mümkün namizədlərdən sayılırlar
-
Klanlar panikada
Putin Dağıstan rəhbəri postuna təyinatı ləngidir
Son günlər Rusiya ilə Azərbaycan arasında ərzaq, kənd təsərrüfatı məhsullarının idxal və ixracında ciddi problemlər yaranıb. Xəbər verdiyimiz kimi ötən ayın sonlarından TIR sürücülərinin «Platon sistemi»inə etiraz olaraq başlatdıqları tətil nəticəsində Azərbaycandan qonşu ölkəyə və geriyə yük daşıyan TIR-lar Dağıstanda saxlanılır. Nəticədə Azərbaycanı Rusiya və Ukrayna ərzaq məhsulları, gündəlik tələbat malları ilə təmin edən firmaların çoxu faktiki olaraq fəaliyyətlərini dayandırıblar. Bu haqda virtualaz.org-a Bakının «28 may» metrostansiyasının həndəvərindəki topdansatış ərzaq mağazalarının sahibləri deyirlər.
Bu gün həmin mağazalara baş çəkərkən məlum olub ki, topdansatış mağazalarının əksəriyyətində Rusiya, Ukrayna istehsalı olan ərzaq məhsulları qıtlaşıb. Satıcıların sözlərinə görə, hazırda eyni proses paytaxtda bütün supermarketlərdə müşahidə olunur. Rusiyadan məhsul gətirilməsi dayandığı üçün anbarlarda da mal tükənməkdədir.
Satıcılar adlarını çəkməmək şərti ilə deyirlər ki, son bir həftə ərzində Rusiyadan və Ukraynadan gətirilən əksər məhsulların qiymətində qalxıb. Bunlar daha çox konfet və digər qənnadı məhsulları, süd məhsulları, kolbasa, sosiska və yuyucu vasitələrdir. Satıcılar deyirlər ki, hələlik əvvəldən anbarlarda olan malları satırlar.
«Biz bazadan götürürük, elə mallar var ki, daha gəlmir, eləsi də var ki, azalıb. Əlbəttə, bu da qiymətə təsir edir. Qiymət artımı TIR-larla gətirilən məhsullara aiddir. Kim ki gedib özü əl çantası ilə gətirir, onlara problem yaratmırlar. Amma son vaxtlar gömrükdə vergilər sərtləşdirildiyindən demək olar ki, belə alverçilərin də sayı azalıb», - deyə satıcı Oqtay bildirir.
Digər bir satıcı isə deyir ki, ən çox bahalaşan Rusiya və Ukrayna istehsalı yağlarıdır. «Rusiya və Ukrayna istehsalı olan yağlarda xeyli bahalaşma var. Məsələn, bu ölkələrdən gətirilən bütün yağların 5 kiloqramında 2-3 manat bahalaşma var. Bundan başqa, əvvəl Rusiyadan gətirilən kofeni 9.60 manata alırdım. İndi 10 manata alıram. Bu kiçik rəqəm görünə bilər, amma topdansatışda bir qəpiyin də böyük fərqi var», - deyə satıcı bildirir.
Topdansatış mağazalarında bütün qənnadı məhsulları da bahalaşıb. Satıcılar deyirlər ki, onsuz da baha satılan Rusiya istehsalı şokoldlara bundan sonra heç kəs yaxın durmayacaq. Satıcıların sözlərinə görə, bazada az qaldığına görə, qiyməti bir az da qaldırıblar. Bu həm də «Kruqlyaşki», «Baboçka» və digər peçenyelərə aiddir. Azərbaycana gətirilən Rusiya şokaladlarının qiyməti hazırda 15-16 manatdan bahadır.
Satıcılar deyirlər ki, artıq bəzi firmalar Rusiyadan məhsul gətirə bilmədiklərinə görə qapılarını bağlayıblar. Buna görə də, bağlanan bəzi firmalar anbarda olan məhsulu satmaq üçün məhsulu dəyər-dəyməzinə satışa çıxarır. Belə məhsullar arasında «Avida» günəbaxan yağları da var.
««Avida» 2 litrlik duru yağı ucuzlaşıb. Görünür firma məhsulun davamını gətirə bilmir, anbarda olanı dəyər-dəyməzinə satıb bağlanır. Rusiyadan gətirilən günəbaxan yağı ucuzlaşdırıldığına görə, yerli yağların da qiymətini ucuzlaşdırılıb. Hələ ki, ucuzlaşıb, amma görünür, bu bazar təmizlənəndən sonra təzədən qiyməti təzədən qaldıracaqlar», deyə satıcı Elməddin Kərimov bildirir.
Satıcıların sözlərinə görə, ölkəyə idxal olunan bəzi gündəlik tələbat malları artıq tapılmır. Topdansatış mağaza sahiblərindən son bir həftə ərzində ümumiyyətlə, Rusiya istehsalı olan ərzaq ala bilməyənlər də var.
Satıcılardan öyrəndik ki, ölkəyə «Calgon» və yuyucu vasitələr gətirən «Atropatena» şirkətinin TIR-ları da hazırda Dağıstanda saxlanılır. Satıcılar deyirlər ki, yaxın vaxtlarda bu məhsulların qiymətinin xeyli bahalaşacağı gözlənilir. Çünki anbarda olan yuyucu vasitələr sürətlə tükənir.
Xatırldaq ki, Dağıstanda TIR sürücüləri martın 27-dən bəri «Platon sistemi»inə etiraz olaraq tətil keçirirlər. Dağıstanlı sürücülər Azərbaycan dövlət nömrə nişanlı TIR-ların da sürücülərini zorla öz aksiyalarına cəlb etməyə çalışırlar və onların hərəkətini əngəlləyir, hücuma məruz qoyur, hətta maşınlarını yandırır və özlərinə atəş açırlar. Bu da Azərbaycandan Rusiya istiqamətində və geriyə yükdaşımalara ciddi təsir göstərib.«Dalnoboyşklər»in qiyamının nəticəsi Dağıstanın özündə də ərzaq məhsullarının qıtlaşması və bahalaşması başlayıb.