vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
İZDİHAM  
11:26 | 6 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2966 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TIR sürücülərinin növbəti tətili

Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya yükdaşıyanlar birliyi dekabrın 15-də «Platon» sisteminə etiraz olaraq TIR sürücülərinin yeni ümumrusiya tətilini başlatmağa hazırlaşır.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, aksiyaya səbəb «Platon» sistemi üzrə TIR sürücülərindən tutulan vergilərin növbəti dəfə artırılmasıdır. Bu sistemə əsasən Rusiyanın federal əhəmiyyətli yollarında hərəkət edən TIR-lardan daşıdıqları yükün ağırlığına və məsafəyə görə haqq alınır. Ötən ilin sonlarında bu sistemə etiraz olaraq kütləvi tətillər keçilmişdi. Dağıstanda isə sürücü tətili daha geniş miqyas almışdı və nəticədə Azərbaycanla Rusiya arasında yükdaşımalar həftələrlə faktiki olaraq dayanmışdı.

Bu ilki aksiyalar Rusiyada prezident seçkiləri kampaniyasının başlanması ilə eyni günə təsadüf edəcək. Dağıstan TIR sürücüləri də bu aksiyada iştirak etməyə hazırlaşır. Bunu Birliyin Dağıstan şöbəsinin koordinatoru Kamaldin Maqomedov bildirib. Onun sözlərinə görə, hələlik aksiyada neçə sürücünün iştirak edəcəyi müəyyən olunmayıb. Bu qərar dekabrın 15-də keçiriləcək yığıncaqda veriləcək.

Əgər tətil kütləvi olsa Azərbaycanla Rusiya arasında yükdaşımalarda yenə problem yaranacağı qaçılmazdır.