
Platonun müasirləri ...
... Yaxud Lenin babasının xələfləri
... Yaxud Lenin babasının xələfləri
Azərbaycandan keçən marşrut uzun olsa da, təhlükəsizdir
TIR-ın xilas üçün dəmir baryerləri kəsdilər
Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq
Gömrük əməkdaşının azərbaycanlı TIR sürücüsünü söyməsi Dağıstan-Azərbaycan sərhədində etiraz aksiyasına səbəb oldu
Yük maşınları ilə inanılmazı bacaranlar
...Bakıda pomidor 3 dəfə ucuzlaşdı
Türkiyəli və iranlı sürücülər arasında dava olub
Tətil təzə bitmişdi ...
«Onlar heç bir neçə saat bizimlə dayanmadılar»
Qiyam ölkəni bürüyüb, fakt gizlədilir...
«Anbarlarda mal qalmayıb, bəzi firmalar qapılarını bağlayıb...»
«Bu etirazlar bütün ölkəni bürüyə, digər sosial qrupları əhatə edə bilər...»
Azərbaycanlı sürücülər Dağıstandakı vəziyyət haqda...
Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar?
Qadağalar edən dinin islahata ehtiyacı var
Dağıstanla Azərbaycan sərhədindəki «Yaraq-Qazmalar», «Tahirkənd-Qazmalar» və «Yeni Filə» sərhəd-keçid məntəqələri yükdaşıyanlar üçün bağlıdır. Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, bu haqda TIR sürücüləri deyiblər.
Onların «Çernovik»ə bildirdiyinə görə gömrükçülər kommersiya yükü (paltar, ayaqqabı, meyvə-tərəvəz və digərləri) daşıyan TIR-ları buraxmır. Belə situasiya iki-üç həftədir davam edir. Səbəb isə gömrük postlarında yüklərin yoxlanılması prosedurlarıdır.
Bundan əvvəl gömrükçülər TIR sürücülərindən rüşvət yığaraq onların daşıdıqları yükə ancaq ümumi baxış keçirirdi və sərhəddən buraxırdı. Lakin sürücülər gömrükçülərin onlardan rüşvət yığmasından şikayət etməyə başladı, hətta bir neçə həftə əvvəl aksiya keçirildi.
Nəticədə Dağıstan rəhbərliyi bir neçə gömrükçünü cəzalandırdı, rüşvəti yığışdırdı. Bu dəfə isə rüşvətin yığışdırılması və yüklərin qanuni prosedurlardan keçməklə gömrükdən buraxılması daha betər vəziyyət yaratdı. Gömrük postlarının qarşısında yük avtomobillərinin uzun-uzadı növbələri meydana çıxdı.
«İndi gömrükçülər bizim sənədlərimizdə hansısa artıq nöqtəyə, vergülə də ilişirlər, amma rüşvət istəmirlər», - sürücülərdən biri deyir.
Digər mənbə isə bildirib ki, qalan gömrük postlarında da vəziyyət oxşardır. Çünki sərhəddə komissiya işləyir, rüşvət yığışdırılıb. Amma sürücülər onlardan tələb edilən qanini prosedurların öhdəsindən gələ bilmirlər. Nəticədə günlərlə gözləməli olurlar. Hazırda sərhəddə yük avtmobillərinin uzun növbəsi yaranıb.
Sərnişinlər üçün isə gömrük postlarından keçməklə bağlı problem yoxdur.