
“Müharibəyə yox! Ukraynaya azadlıq!”
Dağıstanda son zəngdə insident inzibati iş və üzrxahlıqla yekunlaşıb
Dağıstanda son zəngdə insident inzibati iş və üzrxahlıqla yekunlaşıb
Azərbaycandan keçən marşrut uzun olsa da, təhlükəsizdir
Dağıstanda mərmər bağacığına qarşı karantin elan olunub
Azadlığa çıxmasında Bakının həlledici rolu olan məşhur nəslin nümayəndəsi hakimiyyətə qayıdacaqmı?...
Gömrükdə rüşvət yığışdı, əvəzində yükdaşımalar iflic oldu
TIR-ın xilas üçün dəmir baryerləri kəsdilər
Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq
Gömrük əməkdaşının azərbaycanlı TIR sürücüsünü söyməsi Dağıstan-Azərbaycan sərhədində etiraz aksiyasına səbəb oldu
Rusiya prezidentinin Xəzər regionundakı yeni nümayəndəsi ilə fotolarını yaymaq nəyə işarədir?
«Abdultipov yeni vəzifədə bir neçə problemlə qarşılaşacaq»
Cangüdənlər kortejin yoluna çıxan BMW sürücünü təpiklədilər
Məmurlarımız niyə özlərinə zülm edirlər...
Ramazan Abdulatipov istefadan sonra...
Çar generalı baron Vrangeldən 100 il sonra Dağıstana Putinin generalı Vasilyev rəhbərlik edəcək
Maqomedsalam Maqomedov və İliyas Umaxanov da mümkün namizədlərdən sayılırlar
Putin Dağıstan rəhbəri postuna təyinatı ləngidir
Rusiyada «Platon sistemi»inə etraz olaraq ağırtonnajlı yük maşınlarının sürücülərinin martın sonlarından başlayan tətilinə Azərbaycandan olan TIR sürücülərinin də qoşulduğu haqda xəbərlər yayılıb.
Virtualaz.org məlumat verir ki, belə xəbər Şimali Qafqazın bəzi internet resurslarında, o cümlədən sosial şəbəkələrdə yer alıb. İddia olunur ki, «Platon sistemi»inə qarşı aksiyalar beynəlxalq xarakter alıb və Azərbaycandan 60-dan çox TIR hazırda Dağıstanın Manas qəsəbəsi yaxınlığında tətilçilərin düşərgəsinə daxil olub. Həmin TIR-ların sürücüləri dağıstanlı sürücülərlə birlikdə tətil edir.
Lakin Manas qəsəbəsi yaxınlığında tətili davam etdirən dağıstanlı sürücülərin nümayəndəsi bu məlumatı təkzib edib. «Heç bir azərbaycanlı bizə qoşulmayıb, bütün bunlar yalandır. Onlar indi bizə necə qoşula bilərlər ki, heç əvvəldən bizi dəstəkləməyiblər? Onlar hətta bir neçə saat bizimlə dayanmaq istəmədilər. Azərbaycanlılar hazırda polis maşınlarının müşaiyəti ilə işləməkdə davam edirlər»-sürücülərdən biri «Kavkaz.Realii»yə («Azadlıq» radiosunun rus xidmətinin xüsusi proqramı) bildirib.
Xəbərə görə Manas tətilçilərin mərkəzi olaraq qalmaqda davam edir. Hazırda orada 300-dən çox TIR park edilmiş vəziyyətdədir. Onların sürücüləri hər gün Manasa gəlir və aksiyaları davam etdirirlər. Bunlar fərdi yükdaşıyanlardır. Rusiya mənbələri bildirir ki, Şimali Qafqaz respublikalarının əksəriyyətində və ölkənin digər regionlarında yükdaşıma şirkətləri tətil etməkdən bezərək aksiyanı dayandırıblar. Lakin Dağıstanda tətil bir qədər səngisə də davam edir. Bu, Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalara öz təsirini göstərməkdədir.