
Türkmənbaşı TIR yoluna tir qoydu
Azərbaycandan keçən marşrut uzun olsa da, təhlükəsizdir
Azərbaycandan keçən marşrut uzun olsa da, təhlükəsizdir
Gömrükdə rüşvət yığışdı, əvəzində yükdaşımalar iflic oldu
Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq
Gömrük əməkdaşının azərbaycanlı TIR sürücüsünü söyməsi Dağıstan-Azərbaycan sərhədində etiraz aksiyasına səbəb oldu
Yük maşınları ilə inanılmazı bacaranlar
...Bakıda pomidor 3 dəfə ucuzlaşdı
Türkiyəli və iranlı sürücülər arasında dava olub
Tətil təzə bitmişdi ...
«Onlar heç bir neçə saat bizimlə dayanmadılar»
Qiyam ölkəni bürüyüb, fakt gizlədilir...
«Anbarlarda mal qalmayıb, bəzi firmalar qapılarını bağlayıb...»
«Bu etirazlar bütün ölkəni bürüyə, digər sosial qrupları əhatə edə bilər...»
Azərbaycanlı sürücülər Dağıstandakı vəziyyət haqda...
Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar?
İyunun ayının 1-dən...
Türkiyənin Sivas bölgəsindən Kayseriyə gedən şose yolda Azərbaycana nəhəng buxar turbini gətirən qoşqulu TIR yolun kənarındakı dəmir baryerlərə sıxışıb. Nəticədə TIR hərəkəti davam etdirə bilməyib, yolda nəqliyyatın hərəkəti 3 saatdan çox dayanıb.
Virtualaz.org xəbər verir ki, 42 metr uzunluğunda olan və nəhəng buxar turbini ilə yüklü qoşqulu TIR Mersin limanından Azərbaycana doğru yola çıxıb. (Ehtimal ki, yük hansısa başqa ölkədən gəmiylə Mersinə gətirilib). 41 TA 408 nömrə nişanlı TIR və onun 41 TJ 162 nömrə nişanlı qoşqusu Sivas-Kayseri yolunun Kovalı kəndi yaxınlığından keçən hissəsində döngədə baryerə sıxışıb. Sürücü Murat Arslanın və nəqliyyatın hərəkətinə nəzarət edən müfəttişlərin bütün cəhdlərinə baxmayaraq TIR-ı sıxışdığı yerdən çıxarmaq mümkün olmayıb. Nəticədə hadisə yerinə polislər və yol işçiləri çağırılıb. Yol işçiləri TIR-ı sıxışdığı yerdən çıxarmaq üçün dəmir baryerləri kəsiblər. Təxminən 3 saat davam edən çalışmalardan sonra TIR sıxışdığı yerdən çıxarılıb. Bu müddət ərzində yolda nəqliyyatın hərəkəti dayandırılıb.