Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:21 | 29 mart 2017 | Çərşənbə
Məqaləyə 2693 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Artıq iki gündür ki, Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lar Dağıstanda saxlanılır. Lakin virtualaz.org xəbər verir ki, bu dəfə onları saxlayanlar gömrük və ya polis əməkdaşları deyil, elə TIR sürücülərinin Dağıstandan olan həmkarlarıdır.
BBC rus xidmətinin bildirdiyinə görə Dağıstan uzaq yol sürücüləri respublika ərazisindən keçən TIR-ları saxladaraq onların sürücülərini «Platon» şirkətinə qarşı aksiyaya qoşulmağı tələb edirlər. Belə ki, dağıstanlı TIR sürücüləri federal yollardan istifadəyə görə TIR sürücülərindən haqq yığan «Platon» şirkətinə etiraz olaraq öz maşınlarını yol kənarlarında saxlayaraq aksiya keçirirlər. Və respublika ərazisindən keçən TIR-ların sürücülərindən də tələb edirlər ki, onlara qoşulsunlar. Lakin aksiyaya qoşulmaqdan imtina edib yoluna davam etmək istəyənlərə qarşı zor tətbiq edilməsi, hətta onların maşınlarının yandırılması halları da qeydə alınıb.
Hərçənd Dağıstan DİN aksiyanın insidentsiz davam etdiyini bildirib. DİN-in bildirdiyinə görə, aksiya iştirakçıları Dağıstan üzərindən yükdaşımaları əngəlləmirlər. Aksiyaçıların nümayəndəsi Rüstəm Malamaqomedov isə deyib ki, onlar respublikanın bütün regionlarında TIR sürücülərinə «Platon»a qarşı etirazlara cəlb etməyə çalışırlar. «İzah etməyə çalışırıq ki, niyə dayanmışıq. Onlar da dayanırlar, hədə-qorxusuz, səliqə ilə izah edirik»-o deyib. Bəs dayanmaqdan imtina edənlər necə olur? Malomaqomedov bu suala cavab verməyib.
Ancaq digər aksiyaçı fəal Ruslan Ramazanov etirazçıların respublika ərazisindən yük daşıyan maşınların hərəkətini əngəllədiyini təsdiqləyib. O, şüşələri sındırılmış bir neçə TIR-ın fotosunu da göstərib. Məlumata görə TIR-lardan birinə od vurulub, maşın yüklə birlikdə yanıb. Ramazanov onu da deyib ki, sürücülərdən biri Azərbaycandan gedən bir neçə TIR-ın məcburən saxlanıldığını görüb, maşınları QAİ əməkdaşları əhatəyə alıbmış.