
Türkmənbaşı TIR yoluna tir qoydu
Azərbaycandan keçən marşrut uzun olsa da, təhlükəsizdir
Azərbaycandan keçən marşrut uzun olsa da, təhlükəsizdir
Rusiya – Azərbaycan münasibətlərində nə baş verir?
Gömrükdə rüşvət yığışdı, əvəzində yükdaşımalar iflic oldu
TIR-ın xilas üçün dəmir baryerləri kəsdilər
Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar yenə dayanacaq
Gömrük əməkdaşının azərbaycanlı TIR sürücüsünü söyməsi Dağıstan-Azərbaycan sərhədində etiraz aksiyasına səbəb oldu
Venediktov: «Rusiya-Azərbaycan münasibətlərini təsadüfi minalardan təmizləmək lazımdır»
Yük maşınları ilə inanılmazı bacaranlar
...Bakıda pomidor 3 dəfə ucuzlaşdı
Türkiyəli və iranlı sürücülər arasında dava olub
«Onlar heç bir neçə saat bizimlə dayanmadılar»
Qiyam ölkəni bürüyüb, fakt gizlədilir...
«Anbarlarda mal qalmayıb, bəzi firmalar qapılarını bağlayıb...»
«Bu etirazlar bütün ölkəni bürüyə, digər sosial qrupları əhatə edə bilər...»
Azərbaycanlı sürücülər Dağıstandakı vəziyyət haqda...
Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar?
Rusiya-Azərbaycan sərhədindəki «Yaraq-Qazmalar» sərhəd-keçid məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar Azərbaycandan gedən TIR-ların sərhədi keçməsi mümkün olmayacaq.
Virtualaz.org xəbər verir ki, bu haqda «RİA Dagestan» agentliyi bildirir. Belə ki, «Yaraq-Qazmalar»da körpü tikintisi ilə bağlı hərkətin dayandırılacağı bir vaxtda TIR-ların hərəkəti üçün alternativ marşrut mövcud deyil. Çünki «Yaraq-Qazmalar» TIR-ların hərəkəti üçün yeganə münasib məntəqədir.
«Ehtiyat variant» kimi ağırtonnajlı yük maşınlarının «Tahirkənd-Qazmalar» sərhəd-keçid məntəqəsindən keçməsi təklif olunur. Lakin bu marşrutun da öz problemi var-oradan federal «Qafqaz» trasına çıxan yol mövcud deyil. Hansı ki, həmikn trasla yük maşınları Rusiyanın digər regionlarına hərəkət edir.
Məlumata görə körpünün tikintisi yaxın vaxtlarda başlayacaq. «Tahirkənd-Qazmalar» sərhəd-keçid məntəqəsini federal trasla birləşdirən yolun tikintisi isə bu il ərzində başlamalıdır. Hazırda Dağıstan hökuməti mümkün variant kimi «Tahirkənd-Qazmalar»dan «Qafqaz» federal trasına qədər asfalt örtüyü olmayan müvəqqəti yolun salınmasını nəzərdən keçirir. İstənilən halda körpü tikintisi Azərbayan-Rusiya sərhədində nəqliyyat kollapsına gətirib çıxara bilər.
Xatırladaq ki, bu son zamanlar Azərbayandan Rusiyaya yükdaşımalarda meydana çıxan birinci problem deyil. Bundan əvvəl Rusiya tərəfi sərhəddən yük maşınlarının keçməsini ləngidirdi və nəticədə uzun növbələr yaranırdı. Bu məsələ ilə bağlı dəfələrlə Azərbaycan və Rusiya hökumət rəsmiləri arasında müzakirələr olub. Daha sonra «Platon sistemi»inə etiraz olaraq Rusiyanı bürüyən və episentri Dağıstan olan sürücü tətilləri nəticəsində Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar faktiki olaraq dayandı. Tətil cəmi bir neçə gündür ki, səngiyib və Dağıstan üzərindən yükdaşımalar qismən bərpa olunub.