vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
19:20 | 26 noyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 2119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmran palataya köçürülür

«Ayağındakı son millər çıxarılmalıdır»

APA TV

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın «Şarite» Klinikalar Mərkəzinin uşaq cərrahiyə şöbəsində müalicə olunan 3 yaşlı İmran Cəfərzadə yeni xəstəxanaya yerləşdirilib. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarov azyaşlının vəziyyəti barədə danışıb:

«İmran Cəfərzadənin müalicəsi davam etdirilir. «Şarite» klinikasının göndərişi əsasında Drezden yaxınlığında «Bavariya» klinikasına yerləşdirilib. Orada onun üzərində fizioterapiya kursu keçirilir. Bu kurslar İmranın ayaqlarında bədbəxt hadisə zamanı  yaranmış sınıqları reabilitasiya məqsədi daşıyır. Qopmuş ayağına protez qoyulması da gündəmdədir. Artıq ölçülər də götürülüb. Sadəcə olaraq, ayağındakı son millər çıxarılmalıdır. Bu da «Şarite» klinikasında aparılacaq».
Protez taxıldıqdan sonra fizioterapiya kursları davam etdiriləcək. Bundan sonra isə İmranın Azərbaycana gətirilməsi gündəmdə olacaq. Ailə ilə mütəmadi olaraq, əlaqə saxlayan səfirliyimizdən  İmranın vəziyyətinin yaxşı olduğunu bildiriblər: 
«İmran özünü yaxşı hiss edir. Ayaq üstə durmaq xaric uşağa məxsus normal həyat fəaliyyəti bərpa olunub».
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir. O, bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən «Nabran Holiday Village» istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.