Qəpik-quruş endirim
«Yayda satılmayan bəzi mallarda ucuzlaşma var, amma faizlər 1 rəqəmlidir»
Ülviyyə XUDİYEVA, Foto Samirə Həsənova
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
-
“SOCAR Petroleum” cərimələndi
27 412 962 manat
-
Nazirdən inanılmaz statistika
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
-
İqtisadi sektorda rəqəmsal transformasiya
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
-
İqtisadiyyat Nazirliyində iş adamları ilə görüş
“Ticarət şəbəkələri pərakəndə satışda inhisarçı mövqelərindən istifadə edir”
-
Sahibkarların sabotajı ...
Əməkhaqqı və pensiya artımları bahalaşmada psixoloji faktor olub
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bahalaşma gözlənilmir”
Nazir çörəyin qiymətindən danışdı
-
«Azərbaycanın 10 faizi sahibkardır»
İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi
-
Piləyib yandırdığını …
«Azərsun»un «Hayastan daxilində Qarabağ»ı
-
«Bizimsüd» və «İvanovka» şorları haqda xəbərdarlıq
DİQQƏT: Yerli istehsal olan bu ağartı məhsullarından uzaq durun!
-
20 qəpiyə dondurma?
İqtisadiyyat Nazirliyi: Təhlükəli məhsullar satışdan yığışdırılıb
-
Həyat üçün təhlükə
Bəzi dondurmaların istehsalı dayandırıldı
-
Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu
«Azərsu» susdu, «Azərsun» isə deyir ki...
-
«Özlərindən küssünlər»
Prezident Abid Şərifovun şirkətinə sonucnu xəbərdarlıq etdi, vaxt verdi; Azərbaycanın həyati əhəmiyyətli strateji layihəsinin tikintisi ətrafında nə baş verir?!...
-
Dollar ucuzlaşır, qiymətlər düşmür
Manat istəyir qalxsın, istəyir ensin, qiymətlər ancaq qalxır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkə rəhbərliyinin tapşırığına əsasən süni qiymət artımına yol verən sahibkarlara qarşı mübarizə tədbirlərinə başlayıb. Dövlət Xidmətinin reydlərə başlayacağı haqda mətbuatda yayılan xəbərdarlığından sonra ölkənin əsas ərzaq istehsalçıları və idxalçılarından bəziləri, o cümlədən «Azərsun Holding», «Veysəloğlu» şirkətləri 100-dən çox çeşiddə ərzaq və gündəlik təlabat mallarında endirimlər olduğunu açıqladı. Bundan sonra digər şirkətlər də qiymətləri aşağı saldığını söylədi.
Bəs bu ucuzlaşdırma mağazaların piştaxtalarına qədər gedib çıxıbmı? Mağazalarda və supermarketlərdə hansı ərzaq malları ucuzlaşıb və nə qədər ucuzlaşıb?
Virtualaz.org saytının iri ticarət mərkəzlərində apardığı müşahidələrə görə isə, bəzi məhsullarda cüzi endirim olsa da, əsas tələbat mallarının qiyməti dəyişməyib. Məsələn, «Final» 800 qram qablaşdırılmış kəllə qənd hazırda 1 manat 9 qəpiyə satışdadır, satıcılar qiymətin təxminən 2 qəpik azaldığını söyləyirlər. 1 kiloqramlıq «Azərşəkər» qəndlərində isə vitrində yazıldığı kimi «super endirim» olub, bu məhsul 6 qəpik ucuzlaşıb.
«Azərsun» şirkətinin istehsal etdiyi «Zolotoye solnişko» günəbaxan və qarğıdalı yağının qiyməti aşağı düşüb, Xətai rayonundakı «Bazarstore» supermarketində 1 litrlik «Zalotoye solnişko» qarğıdalı yağı 3 manat 67 qəpiyə satılır. Beləliklə qiymətlərdə 5 qəpik endirim ediblər.
Supermarketin adını söyləmək istəməyən əməkdaşı deyir ki, endirim daha çox yayda satılmayan mallara tətbiq edilib. Məsələn, müxtəlif souslar 50-60 qəpik ucuzlaşıb. «Onsuz da «Zolotoye solnişko» yağına təlabat azdır. Buna görə də məhz bu yağlarda endirimlər çoxdur. Alıcılar daha çox «Final» və «Super sun» yağına üstünlük verirlər, bu yağların qiyməti isə dəyişməyib»,-satıcı izah edib.
«Bazarstore» supermarketində endirim tətbiq edilən malların siyahısında qablaşdırılmış kəllə qənd və şirniyyat məhsulları da var. Məsəkən, 1 kiloqramlıq kəllə qəndin qiyməti 6 qəpik ucuzlaşıb.
«Bravo» supermarketində də yağların qiyməti ilə maraqlanırıq. Kərə yağlarının qiyməti dəyişməyib, bitki yağları isə 2-5 qəpik ucuzlaşıb. Ucuzlaşma yenə də «Zolotoye solnişko» yağlarında hiss olunur. «Azərşəkər» 800 qramlıq kəllə qəndi 1 manat 57 qəpiyə, 800 qramlıq şəkər tozu isə 1 manat 16 qəpiyə satışdadır.
«Azərsun Holdinq»in açıqlamasında «Aura», «Evim» markalı müxtəlif salfet və təmizlik məmulatlarına 6-18 faiz endirim olduğu göstərilmişdi. Lakin marketlərdə «Evim» solfetlərinin qiyməti yalnız 3 qəpik ucuzlaşıb. Amma «Calve» , «Knorr» və «Hellmans» markalı müxtəlif souslarda ucuzlaşma var.
«Fresko» marketindən isə ət, çay, düyü, yağın qiymətində əsaslı dəyişiklik olmayıb. Əvəzində mal ətinin qiyməti yenidən artıb. Hazırda «Bazarstore» də sümüksüz mal ətinin qiyməti 16 manat 90 qəpiyə təklif edilir. «Bravo» marketində də mal ətinin qiyməti 17-20 manat arası dəyişir.
Metronun «28 May» stansiyasının yaxınlığındakı topdansatış mərkəzinin Abbas adlı satıcısı idə deyir ki, hazırda «Super sun» 1 kloqramlıq yağlarını 4 manat 60 qəpikdən alırlar, 5 manat 50-5 manat 60 qəpiyə satırlar. 1 litrlik «Final» qarğıdalı yağları mağazalara 4 manat 5 qəpiyə verilir, mağazalar isə 15-20 qəpik baha satır. 1 manat 90 qəpiyə satılan 100 qram «Berqa» çayı mağazalara 1 manat 75 qəpiyə verilir, son 3 ayda bu çayların qiyməti 40-50 qəpiyədək artıb. Topdansatış mərkəzlərində qənd və şəkər tozu 10 qəpiyədək ucuzlaşıb.
Yuyucu tozlarının qiymətində ucuzlaşma yoxdur, məsələn, «ABC» yuyucu tozu4 manat 90 qəpiyə satılır. «ABC» ağardıcı məhsulun qiyməti isə 1 manat 10 qəpikdən 2 manat 10 qəpiyədək bahalaşıb. «Ariel», «OMO» tozlarının, şanpunların da qiyməti dəyişməyib.
Mərcimək, yumru düyü, qarabaşaq kimi dənli bitki məhsullarında isə endirimlər müşahidə edilmir. Kolbasa, sosiska, süd və ağartı məhsullarının qiymətində də ucuzlaşma müşahidə edilməyib.
Bəzi supermarketlərdə isə deyirlər ki, şirkətlərin elan etdiyi ucuzlaşma hələ onlara gəlib çatmayıb. Çünki hazırda əvvəlki qiymətə alınan malları satırlar. «Anbarlarda mal tükənəndə və yeni mal sifariş edəndə hansı topdansatış qiyməti olacaqsa ona uyğun yeni qiymətlər formalaşacaq», - söhbətləşdiyimiz işçilərdən biri deyib.