vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
10:55 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 3939 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rüfət Aslanlı etiraf edəcəkmi?

«Bank Standard»ın kreditorlar komitəsinin korrupsion tərkibi və gizli iclası

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumata (http://www.adif.az/?~/aze/news/full/0/1064/) əsasən aprelin 28-də saat 15.00-da «Bank Standard»ın Kreditorlar Komitəsinin ilk iclası olacaq. Ötən ildən bəri Maliyyə Bazarlarına Nəzarət Palatasından bunu tələb edirəm ki, müflis bankların ləğvetmə prosesi şəffaf və ədalətli olsun, korrupsiyaya son qoyulsun. Lakin Komitəyə bütün kreditorlar (yəni sığortalanmamış əmanətçilər və bankda pulu qalan sahibkarlar və şirkətlər) daxil edilməyib.

Minlərlə kreditoru kənarda qoyaraq Fond Komitəyə öz mülahizəsinə əsasən aşağıdakı 20 şəxsi daxil edib: Sahibkarlığa Kömək Milli Fondu, iki sığorta şirkəti, bir kredit təşkilatı, bir lizinq təşkilatı (yəni dördü də Palatanın nəzarəti altındadır), iki SOCAR-ın törəmə təşkilatı, Azercell, bir mühafizə şirkəti, Xəzər Universiteti, bir ictimai birlik və 9 fiziki şəxs. Niyə məhz bunlar? Bunlar kreditordur, digərləri yox? Onların pulu puldur, digərlərinin yox? Bunları kim seçib? Qabaqcıl dünya təcrübəsi və bizim «Müflisləşmə və iflas haqqında» Qanunumuz komitənin kreditorların ümumi yığıncağında seçilməsini tələb edir. Əks halda isə belə çıxır ki, onsuz da gizli aparılan ləğvetmə eyni qaydada davam etdiriləcək, sadəcə Fond bəzi kreditorlarla əlbir olacaq. Bir sözlə, bu tərkib qeyri-legitim, korrupsion tərkib hesab edilməlidir, çünki pərdəarxası, separat danışıqlar nəticəsində formalaşıb. Bəlkə həmin kreditorlar Fonda rüşvət verərək Komitənin üzvü olub? Komitə Fondun işinə nəzarət etməli olduğu halda Fond onun tərkibini necə müəyyən edə bilər axı?

Bu bankın 10 nəfər sığortalanmamış əmanətçisi (vətəndaşlar) mənə maraqlarını təmsil etmək üçün etibarnamə verib. Bunun əsasında bu gün Palata rəhbəri Rüfət Aslanlıya müraciət edərək Komitənin tərkibinə dair iradlarımı (həmçinin Fondun kreditorlara qanunla nəzərdə tutulan hesabatları təqdim etməməsi barədə), habelə onun iclasında ən azı müşahidəçi qismində iştirak etmək niyyətimi bildirmişəm (Palataya məktubumu dərc edirəm). Oxşar məzmunlu məktubu Fonda da göndərmişəm. Xüsusilə qeyd etmişəm ki, ortada mənfur, korrupsion, çirkin niyyətlər yoxdursa, Fond mənə və digər kreditorlara iclasda iştirak etməyə şərait yaratmalıdır. Bir sözlə, şərait yaratmasalar, deməli, bütün dedikləri boş şeydir və Palata bank özbaşınalığı, bank korrupsiyasına əsas dəstək verən, cinayətləri ört-basdır edəndir elə. Belə bank sisteminə isə etibar etmək olmaz!

Bir il əvvəl Milli Məclisdə olarkən Rüfət Aslanlı 3 gün fəaliyyət göstərən «Antikollektor» haqqında demişdi ki, guya o, «insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədir». Əlavə də etmişdi ki, «Mən belə başa düşürəm ki, biz oturduğumuz qayığı deşirik». O zaman ona da, ictimaiyyətə də sübut etdim ki, tam şəffaf fəaliyyət göstərən «Antikollektor» sadəcə insanların pozulmuş hüquqlarını müdafiə edir. Tamamilə qeyri-şəffaf fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu isə məhz banklar tərəfindən borcların qaytarılmamasını təşviq edir və Aslanlınn təbirincə desək, «oturduğumuz qayığı deşir». Bunları da Palata rəhbərinə yazmışam. Görəsən, Fondun qərarını dəyişməsələr, qayıq deşmə ilə məşğul olduqlarını etiraf edəcəklərmi?..

P.S. Mən «Bank Standard»ın bütün əmanətçilərini və orada pulu qalmış sahibkarları, hüquqi şəxsləri də həmin iclasda iştirak etməyə cəhd göstərməyə çağırıram. Ölkədə vətəndaş bir manat borcunu ödəməyəndə banklar başına oyun açır! Siz bankların başına oyun açmayın, sadəcə hüquqlarınızı, haqqınızı, Kreditorlar Komitəsində yerinizi tələb edin! Palata və Fonda müraciət formasını bir azdan dərc edəcəyəm. İmzalayın və iki ünvana göndərin, ayın 28-i isə Fondun binasına iclasda iştirak etmək üçün gəlin!

P.P.S. Kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, ayın 28-i keçiriləcək iclasa onlar da nümayəndələrini göndərsin!

P.P.P.S. Komitənin mövcud 20 üzvünə, xüsusilə tanıdığım hörmətli bir üzvünə - Xəzər Universitetinə müraciət edirəm! Xahiş edirəm, iclasda yalnız özünüzü deyil, minlərlə digər kreditorları da düşünün, onların da iclasa qatılmasını tələb edin! Unutmayın ki, xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində qurmaq olmaz...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)