Hillari Klintona hücumun azərbaycanlı maqnatla nə əlaqəsi...
Ələkbərovun oğlunun, Şoyqunun qızının dostu və Peskovla şəkilləri olan Nikulin
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
Ötən ilin oktyabrında ABŞ-ın sorğusu əsasında Çexiyada həbs olunan Rusiya vətəndaşı, Amerika seçkilərinə haker hücumunu həyata keçirərək Hilari Klinton barədə kompromatları ələ keçirməkdə şübhəli sayılan proqramçı-haker Yevgeni Nikulin azərbaycanlı neft maqnatının ailəsinə yaxındır. Virtualaz.org xəbər verir ki, Nikulin «Lukoil» şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusiflə yaxın dostdur, habelə müdafiə naziri Sergey Şoyqunun qızlarından biri ilə tanışdır və prezident Putinin mətbuat katibi Dmitri Peskovla fotoları var.
Yevgeni Nikulin Rusiya mətbuatına bildirib ki, dindirmə zamanı ona Hillari Klintonun elektron poçtunu «sındırıdığını» etiraf etmək təklif olunub. Hazırda Praqa məhkəməsi Nikulinin ABŞ-a ekstradisiyası məsələsinə baxır. Vəkilləri isə onun Rusiyaya təhvil verilməsinə nail olmağa çalışırlar. Çexiya hüquq-mühafizə orqanları Nikulini «WebMoney» sistemindən pul oğurlamaqda da şübhəli bilir.
Nikulin vəkili vasitəsilə mətbuata göndərdiyi məktubunda yazır ki, ötən il noyabrın 14-də və 15-də, habelə bu il fevralın 7-də dindirmə zamanı ona Donald Trampın seçilməsinə dəstək vermək üçün Putinin əmri ilə Hillari Klintonun elektron poçtuna müdaxiləni boynuna almağı təklif ediblər. Bu dindirmədə Nikulinin «Agent» və «Miller» adlandırdığı adamlar iştirak ediblər. Bildirilir ki, Nikulinə ABŞ-a ekstradisiyaya razılaşmağı da təklif ediblər və bu halda ona ABŞ-da ev, pul, Amerika vətəndaşlığı veriləcəyini deyiblər.
Nikulin yazır ki, ötən ilin noyabrında bu təkliflərdən imtina edib, ancaq fevraldakı dindirmədə təklifi yenidən ona xatırladıblar. «Siz deməlisiniz ki, Hillari Klintonun poçtunu sındırmısınız və demokratların Milli Komitəsinin kompüter şəbəkəsinə daxil olub sənədləri ələ keçirmisiniz. Və bunu Putinin əmri ilə etmisiniz, habelə siz ortaqlarınızın adlarını deməli, ABŞ-a ekstradisiya ilə razılaşmalısınız. Amerikada isə biz bütün məsələləri həll edəcəyik, siz mənzildə yaşayacaqsınız, hər şeylə təmin olunacaqsınız»-Amerikadan gələn məxfi agentlər rusiyalı hakerə bildirib.
Nikulin onu da bildirir ki, dindirmə zamanı ona rusiyalı oliqarxlar və siyasətçilərlə tanışlığını xatırladıblar. Nikulin isə yazır ki, o, avtomobil alqı-satqısı ilə məşğul olurdu və beləliklə də Vahid Ələkbərovun oğlu Yusiflə tanış olmuşdu. «Kampaniyalardan birində» müdafiə naziri Sergey Şoyqunun qızlarından biri ilə görüşmüşdü və «hanısısa Peskovla» kafedə çəkilmiş fotosu var. «Sanki biz bir masa arxasında oturmuşuq»-rusiyalı məktubunda yazır. Bildirir ki, əslində onun Dmitri Peskovla şəxsi tanışlığı yoxdur.
Nikulin ötən il oktyabrın 18-də İnterpol tərəfindən Praqada saxlanılıb. Məlum olub ki, ABŞ onu ölkə ərazisində haker hücumları həyata keçirməyə görə axtarır. Polis bildirib ki, Nikulin Çexiyaya olduqca bahalı avtomobildə rəfiqəsi ilə gəlib. Rusiya tərəfi isə Nikulinin bu ölkənin hakimiyyəti ilə bağlılığını inkar edir.
Bu arada ABŞ-da prezident Trampın Rusiya ilə mümkün gizli əlaqələrinə dair təhqiqat yeni mərhələyə daxil olub. Trampın bu təhqiqatı aparan FTB direktoru Ceyms Komini qəfildən işdən qovmasından sonra qalmaqal daha da böyüyüb. Senat təhqiqatı dərinləşdirib və bu işlə bağlı xüsusi prokurorun təyin edilməsi barədə çağırışlar səslənir.
Tramp isə növbəti dəfə sevimli kanalı «Fox News»a müsahibə verib və Rusiya ilə əlaqələrini inkar edib. Eyni zamanda bildirib ki, prezident seçkiləri ərəfəsində demokratlara haker hücumuna dair bütün detalları, bu hücumu kimlərin törətdiyini bilmək istəyir. «Əgər haker hücumları olubsa onu kim törədib? Mən bütün həqiqəti bilmək istəyirəm»-Tramp deyib. Prezident bildirib ki, bu məsələyə dair təhqiqata mane olmaq niyyətində deyil, ancaq təhqiqatın düzgün aparılmasını istəyir.