Ürəyə xitab edən memarlıq
«Dünyanın heç yerində belə zəngin tarixi olan başqa bir şəhər yoxdur»
Leyla SULTANZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Telefonnaya...
Nuru Paşanın adını guya əbədiləşdirdik, qalmışdı Lindley ...
-
Züy ...
İnsanları bir araya gətirən vasitə
-
2040-cı ilin Bakısı
54 km-lik tramvay xətti, istirahət zonasına çevrilmiş Böyükşor gölü
-
80-ci illərin rəmzi
16 günbəzli “Şərq bazarı”nda 78 icarədar fəaliyyət göstərəcək
-
Bakının dərdi var, Bakı xəstədir...
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
-
“Azərbaycan xalçası-ilmələrin rəqsi”
Yeni xalı kolleksiyası təqdim olunub
-
Kürdəxanılılar arzusuna çatdı
“Yeniləşən Azərbaycana - yeni məktəb” davam edir
-
Qadın əli...
... bir şəhərə dəyərsə, bu qədər gözəlləşə bilər
-
Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldıldı
Tarix və millət qarşısında xidməti olanları Azərbaycan xalqı qəlbində yaşadır
-
“Zamanında...” – bu dəfə Bakıda
Rus avanqard rəssamlarının əsərlərinin sərgisi
-
Qışın ən böyük festivalı
“Zima”ya iki gün qaldı...
-
Bakılı belə danışır
Gənc tədqiqatçının yeni kitabı təqdim edilib
-
Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
Məşhur yazıçının qızına vəzifə verildi
Günel Rzayeva yeni açılan mərkəzin direktoru oldu
-
Bakı əhalisinin sayı ...
Rəsmi statistika yayıldı
Bakını heç də təsadüfən Şərqlə Qərbin qovuşduğu şəhər adlandırmırlar. Burada müxtəlif mədəniyyətlərin, ənənə və dinlərin çoxəsrlik vəhdətindən qaynaqlanan xüsusi aura, mentallıq hiss olunur. Bu, memarlıqda da özünü büruzə verir: bir neçə tarixi eranın müxtəlif memarlıq üslublarının gözəl nümunələri bir-birini tamamlayaraq, şəhərimizin bənzərsiz simasını yaradır. Müasir Bakının inşasına öz töhfəsini vermiş sənətşünaslıq doktoru, çox sayda kitabın müəllifi Elçin Əliyev yüz il sonra doğma şəhərlərinin çöhrəsinin necə olacağına biganə yanaşmayan azərbaycanlı mütəxəssislər haqqında danışacaq.
- Bakı həqiqətən də memarlıq cəhətdən unikal şəhərdir...
- Mən qızım Zivərlə şəhərdə gəzməyi sevirəm, bizim özəl marşrutlarımız var... Amma hərdən fərqinə varıram ki, bəzi binaların yanından onları görmədən keçməyə çalışıram: mən o binalardan utanıram – onlara olan münasibətə görə, özümün heç nəyi dəyişə bilmədiyimə görə, bacarmadığıma görə... Düzünü etiraf edim ki, şəhərin yan keçdiyim neçə rayonu var. Düzdür, bizim Bakımız unikal şəhərdir, dünyanın heç yerində belə zəngin tarixi olan başqa bir şəhər yoxdur. O, özündə orta əsrləri də, XIX əsrin sonu – XX əsrin əvvəlinə aid «müasir» memarlığı da, şəxsən mənim Bakının vizit kartı hesab etdiyim 1920-30-cu illəri əhatə edən konstruktivizmi də birləşdirir. Şəhərimizin o dövrə aid memarlığı tamamilə itmə təhlükəsi qarşısında idi. Amma sevindirici haldır ki, Aleksey Şusevin layihəsi əsasında tikilmiş köhnə «İnturist» bərpa olundu, «Dinamo» cəmiyyətinin memar Moisey Qusmanın əsəri olan binası əla rekonstruksiya edildi... Bakının memarlığında 1940-50-ci illərin rahatlıq və sevgi dolu «Stalin dövrü» də öz əksini tapıb. Mən özüm böyük məmnuniyyətlə «stalinka»da yaşayıram.
Təəssüf ki, bu gün Azərbaycan memarlarının 1970-80-ci illərdə çoxsaylı ciddi məhdudiyyətlər çərçivəsində yaratdığı sovet modernizminin möhtəşəm abidələri təhlükə qarşısındadır. Əlbəttə, biz müstəqilliyimiz bərpa olunduqdan sonra ucaldılmış memarlıq nümunələri ilə də fəxr edirik. Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi, mənim HOK International bürosundan olan həmkarlarımın işi – Alov Qüllələri kompleksi, «Heerim Architects»in layihəsi əsasında ucaldılmış SOCAR və AzərSu qüllələri, Çepmen Teylorun əsəri – Port Baku kompleksi, beynəlxalq aeroportun yeni binası kimi dünya memarlığının görkəmli ustalarının şedevrlərini qeyd etməyə bilmərəm...
- Dünya memarlığında son illərdə hansı yeni tendensiyalar yaranıb?
- Bina və digər obyektlər detallarda daha dəqiq və yüksək keyfiyyətli olmaqla yanaşı öz formalarına görə daha lakonik və praqmatik görünüş alır... Binaların uzunömürlü olmasına xüsusi diqqət yetirilir. Obyektin enerji səmərəliliyini artıran, ancaq bunun üçün böyük xərc tələb etməyən formalar seçilir.
- Memarlığın üslub, formaları iddialı və özünəməxsus olan tanınmış korifeylərini nə gözləyir?
- O səviyyədə olan memarların özünün onlara sifariş verən, kəskin fərdi xüsusiyyətləri və zövqü ilə seçilən geniş müştəri dairəsi var. Misal üçün, mərhum Zaha Hadidin və ya Daniel Libeskindin layihələrini götürün. Ancaq belə ekspressiv özəlliklər daşıyan yeni memarlıq büroları getdikcə daha az nəzərə çarpır. Qərbdə də, bütün dünyada da formaların sadələşməsi aydın hiss olunur.
- Müasir Azərbaycan memarlarından kimin adını çəkmək istərdiniz?
- «AzərKosmos»un futuristik binasını görmüsünüz? Bu, çox istedadlı Azərbaycan memarı Nəriman İmaməliyevin əsəridir. Onun başqa işlərindən biznes mərkəzləri, Çıraq Plaza, City Point, UniBank binasını vurğulamaq olar. Şəxsən, mənə daha yaxın olan, mənim sevimli dövrüm – 1920-30-cu illərin memarlığını xatırladan əsərlərin müəllifi İlqar Bəylərov: Bakı Sağlamlıq Mərkəzinin, Akademiya şəhərciyində Mərkəzi Elmi Kitabxananın binalarını görmüsünüz? Jumeirah Bilgah və MTN-nin yeni ofis binasının müəllifi olan daha bir azərbaycanlı memar – Nazim Vəliyev... Bəli, Azərbaycanda öz bənzərsiz dəst-xətti ilə seçilən memar çoxdur. İlqar İsbətovun işlərində daşın ritmi və simmetriya, Müsəddin Namazovda klassika ilə müasirliyin sintezi, Kamal Musaxanov – Cahangir Axundov tandemində konstruktivist formalar xoşuma gəlir... Aleksandr Qarber, Nazim Fərəczadə, Abdul Hüseynov, Famil Ağayev, Nizami Qasımzadə, Ruslan Toğruloğlu və, nəhayət, elə mənim də işlərinin adını çəkmək yerinə düşər.
- Sevimli işləriniz var?
- Xeyr, şəhərsalma mənimçün ilk növbədə bir prosesdir, mən öz köhnə işlərimə sadəcə bir dəfə yaradılmış bir şey kimi yanaşıram. Amma qürur duyduğum işlərim də az deyil... Belə alınıb ki, onlar arasında sakral mövzuda yaradılmış layihələr seriyası var, özü də onların hamısı müxtəlif dini konfessiyalara aiddir. Bilmirəm, dünyada buna nail olmuş başqa memar varmı. Pravoslavların «Müqəddəs Mürdaşıyan Zənənlər Başkilsəsi»nin rekonstruksiyası bu sahədə ilk işim olub. Məni evində tez-tez olduğum Aydın Qurbanovla bir araya gətirdiyinə görə taleyimə minnətdaram. Sonra Vatikanın Azərbaycanda rəsmi nümayəndəsi kimi bir neçə il Nobel prospektində tikilmiş katoliklərin «Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə»sinin layihəsi üzərində işləmişəm. Qəbələ rayonunun Nic kəndində Cotari alban kilsəsinin rekonstruksiyasında iştirak etmişəm. Və, ən nəhayət, mənim əsas layihəm – 2016-cı ildə Aydın Qurbanov Fondunun dəstəyi ilə Zirə qəsəbəsində tikilən Cümə məscidi. Belə nailiyyətlərlə necə qürur duymayasan?
- Asudə vaxtınızı necə keçirirsiniz?
- Səyahət etməyi, dünyanı gəzməyi, görməyi sevirəm. Mənim ən coşqun yaradıcı memarlıq hisslərim bu səyahətlərlə bağlıdır. Kiçik oğlum Naiblə Azərbaycanı gəzdik və bu səyahətimizin bəhrəsi olaraq uşaqlar üçün «Azərbaycanın sehirli abidələri» adlı kitab çap etdirdik. Bu kitabda çox əyləncəli şəkildə memarlıq abidələrinin tarixi haqqında danışılır, maraqlı faktlar, əfsanələr və başqa ciddi, faydalı məlumatlar verilir. Mətnləri mən özüm yazmışam, buna düz yeddi il sərf etmişəm. Rəssam Nüsrət Hacıyevsə kitabı illüstrasiyalarla bəzəyib. Biz balaca ağıllı oxucuları doğma şəhərlərinin və bütün ölkənin tarixini öyrənməyə cəlb etmək istəyirdik. Amma, mənim fikrimcə, bu kitab böyüklər üçün də maraqlı olacaq.
- Memarlıq üzrə də kitablar yazırsınız...
- Bəli, Heydər Əliyev Fondunun dəstəyi ilə mənim «Bakının fasad heykəltəraşlığı» və «Bakının qapı və giriş qapıları» kitablarım işıq üzü gördü. Eləcə də prezidentin fərmanı ilə mənim sevimli kitabım – "1920-1930-cu illər konstruktivizm dövründə Bakı memarlığı" da çap olundu. Xöşbəxtəm ki, müəllif hüquqlarına və layihəsi əsasında o binalar tikilmiş görkəmli memarların ruhuna hörmət göstərməyən naməlum həmkarlarım özlərinin «restavrasiya layihələri» ilə bu binaların üzərindən keçmədən tarix üçün o tikililərin şəkillərini saxlamaq mənə nəsib oldu.
- Bəlkə gələcək planlarınızdan danışasınız?
- Son illər Bakının müasir dövr memarlığına və «Stalin dövrü» adlandırılan 1940-60-cı illər memarlığına həsr olunmuş iki böyük kitab üzərində işləyirəm. Yazıram, material toplayıram, foto çəkirəm, arxivləri axtarıram... «Azərbaycanın sehirli abidələri» adlı kitabımı rusca da çap etdirmək istəyirəm, artıq çapa hazırdır. Və, əlbəttə ki, mənim əsas qayəm – əlahəzrət memarlıq.
- Bəs ən böyük arzunuz nədir?
- Arzum odur ki, şəhərimizə peşəkar memar başçılıq etsin. Bir də, nəhayət ki, şəhərimizin öz muzeyi yaradılsın.