
Neft eyforiyası uzun sürmədi
Qiymətləri dünənki kəskin artımdan sonra durdu
Qiymətləri dünənki kəskin artımdan sonra durdu
Orta Şərq gərginliyi ilə qara qızılın qiymətini artırır
İsrailin Qətər hücumu və sanksiya gündəmi qiymətləri yüksəltdi
Zəif tələbat və artan hasilat neft bazarına təzyiq göstərir
OPEC+ qərarı və sanksiya narahatlıqları qiymətləri yüksəltdi
Qara qızıl Rusiyaya qarşı yeni sanksiya hədələri ilə həftəyə artımla başladı
Qara qızıl ötənhəftəki itkisinin bir qismini bərpa etdi
ABŞ göstəricilərindən sonra enerji və kənd təsərrüfatı ucuzlaşdı, metallar bahalaşdı
Təşkilat strategiyasını dəyişib
Bazarda gözləntilərin yüksəldyi deyilir
“2026-cı ilin sonunadək 50 dolların altına enə bilər”
Qara qızıl OPEC+ ərəfəsində ucuzlaşmaqda davam etdirir
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Suriya rəsmi xam neft satışını həyata keçirdi
Çindəki istehsalın daralmasının beşinci ay davam etməsi qiymətləri aşağı çəkir
1 tondan çox xam neft dənizə axdı
Dünya bazarında xam neftin 1 barelinin qiymətinin 130 dollara yaxınlaşmasına, Avropada qazın qiyməti min kubmetr üçün 3500 dolları ötməsinə baxmayaraq Qərb dövlətləri Rusiyanın neft satışına embarqo qoyulmasını müzakirə edir. Bu baş tutarsa dünya bazarında neftin 1 barelinin qiyməti 150 dollardan baha ola bilər və bundan xüsusilə də istehlakçı ölkələr ciddi ziyan çəkə bilər.
Məlumat üçün qeyd edim ki, Rusiyanın enerji daşıyıcılarının əsas alıcısı Avropa İttifaqıdır. Rusiya qaz ixracının 60 faizindən çoxunu, neft və neft məhsullarının ümumi ixracının 50 faizindən çoxunu, alüminium ixracının 35 faizini və kömür ixracının təxminən 30 faizini Avropa bazarlarında satır.
Böyük Britaniyanın qızıl ixracının 90 faizindən çoxu, ABŞ-ın isə platin ixracının təxminən 30 faizi Rusiyanın payına düşür.
Çin alıcı kimi, təbii ki, Rusiya üçün vacib ölkədir, lakin Rusiyanın ümumi neft ixracında Çinin payı Avropa İttifaqının yarısı qədərdir. Bundan əlavə, Rusiyanın taxta ixracının 50 faizi Çinin payına düşür.
2021-ci ildə Rusiya mallarının ixracının ümumi həcmi 544 milyard dollar təşkil edib. Bu həcmin təxminən yarısı Avropa və ABŞ-ın payına düşüb. Amma, Rusiya ixracında ABŞ-ın payı təxminən 4 faizdir.
“De-dollarizasiya” müzakirələrinə baxmayaraq, Rusiya və Çinlə arasında hesablaşmalarda Amerika valyutasının payı azalsa da, Rusiya Çinin dollarla hesablaşmalarına üstünlük verirdi. Ötən ilin məlumatına görə, Çin rus mallarının ümumi dəyərinin təxminən 9 faizini rublla, Rusiya isə Çindən aldıqlarının təxminən 27 faizini yuanla ödəyir.
2021-ci ilin yanvar-sentyabr ayları üzrə məlumatlara görə, Rusiya ixrac müqavilələrinin təxminən 55 faizi dollarla, 30 faizi avro ilə olub. Yeganə Avrasiya İttifaqına üzv olan ölkələri Rusiya ilə aktiv şəkildə rublla ticarət aparır, lakin onların Rusiya ixracının həcmində payı 10 faizdən də aşağıdır.
Rusiya üçün Avropa İttifaqı təkcə alıcı deyil, həm də sənaye avadanlıqlarının satıcısıdır. 2021-ci ildə Rusiya idxalının təxminən 40 faizi (378 milyard dollar) Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-dan gəlib. Rusiyanın əsas idxal məhsulu maşınlar, mexanizmlər və nəqliyyat vasitələridir, onlar xaricdən bütün satınalmaların təxminən 40 faizini təşkil edir. Bu malların əsas tədarükçüləri Avropa şirkətləridir. Rusiya iqtisadiyyatının əsas istehsal sahələrində idxal tədarükü məhsulun təxminən 30-70 faizini təmin edir. İdxaldan asılılıq kompüter və elektronikanın, maşınların, mexanizmlərin və nəqliyyat vasitələrinin istehsalında yüksək səviyyədədir. Kimya sənayesində əlavə dəyərin təqribən 40 faizi, qida sənayesində isə təxminən 30 faizi idxal alışları hesabına təmin edilir.
Ticarət baxımından Rusiya Çin üçün əsas tərəfdaş olmaqdan uzaqdır. Rusiyanın Çinə ehtiyacı var, Çin Rusiya ixracının 14 faizini alır və Rusiya idxalının 24 faizini təmin edir. Belə ki, Rusiyadan telefon idxalının üçdə ikisi və elektronika idxalının 60 faizdən çoxu Çindən gəlir. Amma Çin bazarında Rusiya mühüm alıcı deyil, o, Çin ixracının cəmi 2 faizini alır və Çin idxalının 3 faizini təmin edir.
Göründüyü kimi müharibəyə qədər Rusiya Federasiyasının əsas tərəfdaşları Qərb ölkələri idi. Nə Çin, nə də Avrasiya İttifaqı Rusiya üçün ticarətdə əsas tərəfdaş deyil. Hazırda Qərblə əməkdaşlıq tam dayandırılıb və Rusiya adaya çevrilib, özü-özünü saxlamaq məcburiyyətindədir.
Fikrimcə, Qərb Rusiyanın neft və digər ixrac mallarının satışına embarqo qoysa, Rusiya itirdiklərini nə Çin, nə də Avrasiya İttifaqı hesabına əvəzləyə bilməyəcək. Eyni problem valyuta hesablaşmalarında da müşahidə olunacaq. Belə ki, hər gün dəyər itirən rus rublu xarici ticarət ödənişlərində dolları və avronu əvəz edə bilməyəcək. Belə olan halda da Rusiyada şirkətlərin müflisləşməsi, fəaliyyətinin məhdudlaşdırması əmək bazarında kütləvi işsizlik probleminə və istehlak bazarında isə sürətli qiymət artımına gətirib çıxaracaq. Hər iki qərarlaşan tendensiyaların sosial nəticələri ağır olacaq və bu vəziyyət orda yaşayan soydaşlarımızın da yaşam və iş şərtlərini çətinləşdirəcək.
P.S. Bu yazı əsasən Novoya qəzetinin materialı əsasında hazırlanıb.