
Depozit faizi artıb
Kredit bazarı üçün qorxulu siqnal deyil
Kredit bazarı üçün qorxulu siqnal deyil
Kreditə üz tutanların sayı artıb
Dərəcələrin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillər ...
Bu məzənnə fərqinin 92 faizdən çoxu deməkdir
MBNP-da iclas başladı
Mərkəzi Bankdan kredit açıqlama
Ekspertlər: “Problemli kreditlərin faiz və cərimələri silinəcək, məhkəmələrdəki işlər geri çağırılacaq”
Güzəştdən fiziki şəxslər faydalanacaqlar
Prezident əhalinin dollar kreditləri ilə bağlı problemini həll etdi
“Müəllimlərə və həkimlərə güzəştli kredit verilsin”
Konstitusiya Məhkəməsi məsələyə yenidən baxır
Narkoloji Dispanserin keçmiş baş həkimi rüşvət ittihamı ilə həbs edildi
4 faizlik endirim də bu yandan
Kredit faizlərinin siyahısı
Borcları ödəməmək məhrumiyyətlər yaradacaq
Ekspert: «1990-cı illərdə vəziyyət bundan da pis olub, ancaq düzəldə bilmişik»
Antikollektorun iddiaları üzrə dollarla alqı-satqının qanunsuz hesab edilməsi haqda birinci instansiya məhkəmələrimizin ədalətli qərarları barədə bir neçə dəfə yazmışam. Növbəti belə qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib, özü də Nizami rayon məhkəməsinin qanunsuz qərarından sonra.
Deməli, vətəndaş Markeyeva Yana Vladimirovna 1 fevral 2015-ci ildə “ABC Telekom” MMC-dən nisyə alqı-satqı müqaviləsi üzrə 588 manata telefon almışdır. Vətəndaş 12 ay ərzində ayda 49 manat ödəməli idi. Vətəndaş mütəmadi ödənişlər edərək 543 manat ödəmiş, cəmi borcu 45 manat qalıb. Lakin hələ 2015-ci ilin fevralın 28-də, yəni ilk devalvasiyadan bir həftə sonra dükan vətəndaşa müqaviləyə 1 saylı Əlavəni imzalatdırıb. Həmin Əlavəyə uyğun olaraq satış qiyməti dollarda ifadə edilib. Buna görə də dükan vətəndaşın ona 381 manat borcunun olduğunu iddia edərək Nizami rayon məhkəməsinə müraciət edib. Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyev dükanın tələbini təmin edərək vətəndaşdan həmin 381 manatın tutulmasını qət edib.
Bundan sonra vətəndaş Antikollektora müraciət edib. Antikollektorun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Vüqar Həsənov) tərəfindən təmin edilmiş və vətəndaşın 381 deyil, 45 manat ödəməli olduğu qət edilmişdir (qətnaməni dərc edirəm). Belə ki, Məhkəmə dollarla alqı-satqını Konstitusiyanın 19-cu maddəsinə və Mülki Məcəllənin 439-cu maddəsinə zidd hesab edib.
Beləliklə, bu məsələdə məhkəmələrimizin vahid praktikasının formalaşmasına nail olduq: Azərbaycanda yerli şəxslər arasında nəinki ödənişlər manatla olmalıdır, həmçinin müqavilədə də qiymət manatla ifadə edilməlidir! Belə hallarla rastlaşdıqda mübarizə aparın, haqqınızı tələb edin!