vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
11:49 | 13 dekabr 2018 | Cümə axşamı Məqaləyə 1116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gözləyirdim, Vaqif Sadıqov deyəcək ki, ...

Amma ...

Natiq MUXTARLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Mən gözləyirdim ki, Vaqif Sadıqov deyəcək ki, Azərbaycan yığma komandasına baş məşqçi axtarmaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.

Elə yerli mütəxəssislərdən birinə tapşırmaq lazımdır yığmanı.

Ayda da 5-10 manat məvacib verək ki, gün keçirtsinlər. Elə bütün yaş qrupları üzrə yığmalarda da belə etmək lazımdır.

Ta o vaxta qədər ki...

Məsələn, mən gözləyirdim, Vaqif Sadıqov deyəcək ki, yığmaya əcnəbi baş məşqçi gətirməyə, ona və köməkçilərinə milyonlarla manat vəsait verməyə ehtiyac yoxdur.

Onsuz da Azərbaycanlı futbolçuların hazırkı potensialı yetərli deyil. Deməli, biz böyük turnirlərə vəsiqə qazana bilməyəcəyik.

Məsələn, mən gözləyirdim, Vaqif Sadıqov deyəcək ki, AFFA-nı “yeyənlər”dən  fərqli olaraq, regionlara tez-tez səfər edirəm.

Deyəcək ki, regionlarda futbol təsərrüfatı bərbad durumdadır, infrastruktur yoxdur, uşaqlar futbol oynamaq üçün normal meydança cəhənnəmə, 2 manatlı “kitayski” top da tapa bilmirlər.

Məsələn, mən gözləyirdim, Vaqif Sadıqov deyəcək ki, gəlin o əcnəbilərə verəcəyimiz vəsaiti regionlardakı azərbaycanlı balalara tərəf  yönəldək.

Yönəldək ki, onlar da futbol oynasınlar.

Oynasınlar ki, bizdə də futbolçu olsun.

Olsun ki, yığma komandamız da uğur qazansın.

Uğur qazansın ki, AFFA-nı “yeyənlər” də “moladets” kəlməsini eşitsin.

Nə qədər qınaq eşidəcəklər ki?

Amma Vaqif Sadıqov demədi. Mən də daha Vaqif Sadıqovdan heç zad gözləmirəm. Bundan  sonra özü özündən nəsə gözləyirsə, deməli, ürəkli, nikbin adamdır.

Məsələn deyirəm ey...

Natiq MUXTARLI


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)