vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9570 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2216 AZN
Türk lirəsi 1 TRY = 0.3012 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜƏLLİF  
17:11 | 12 yanvar 2015 | Bazar ertəsi Məqaləyə 1446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu AFFA düzələn deyil»

«Sizin komitəyə bir «quş», Vaqif müəllim»

Natiq MUXTARLI

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA rəhbərliyi «islahatlara başlayırıq» deyib, Məşqçilər Komitəsini yaradarkən, U-21-ə baş məşqçi axtararkən Komanda.az saytında yazmışdıq ki, qurum rəsmiləri Nazim Süleymanovu kənarda saxlayacaqlarsa, bu, onların gördüyü işlərin sağlam düşüncəyə əsaslanmadığını sübut edəcək. Süleymanovun kənarda qalması AFFA-da intriqaların hələ də davam etməsinin göstəricisi olacaqdı. Elə biz deyən oldu.

O da məlum oldu ki, bu AFFA düzələn deyil. U-21-ə Yaşar Vahabzadə baş məşqçi təyin edildi. Elə bu U-21-i rəzil duruma salan Bernhard Lippertin köməkçisi Yaşar Vahabzadə. Tam məntiqsiz bir qərar qəbul etdi AFFA. Yaşar Vahabzadənin qabında nəsə vardısa, elə onu Lippertə verərdi, o da U-21-ə «yedizdirərdi».

Nazim Süleymanovun Azərbaycan futbolunun iki bəlası - Elxan Məmmədovla Ramin Musayevin arasında gedən intriqanın qurbanı olduğu barədə bir dəfə Komanda.az-da yazmışıq. Yəqin ki, bir dəfə də yazmalı olacağıq. Ancaq indilikdə onu demək istəyirik ki, yeni yaradılan Məşqçilər Komitəsi də Elxan Məmmədovun intriqalarına züy tutmaqla məşğul olacaq. Bunu Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev özü deyib. Hacıyev «Futbol+» qəzetinə verdiyi açıqlamada yenə də Nazim Süleymanovun «bostanına daş atıb». Özü də çəkisindən yekə «daş». Aydın görünür ki, bu «daş»ı ona AFFA-nın baş katibi Elxan Məmmədov verib. Elxan Məmmədov Yaşar Vahabzadənin təyinatından sonra ictimai rəydə «niyə Süleymanov yox, Vahabzadə» sualının hakim olduğunu görüb, Hacıyevə «daş» verib. Hacıyev onun-bunun verdiyi «daşlar»ı atmaqda pərgardı axı. Vaxtiylə beşqat hacı Sadıq Sadıqovun da verdiyi «daşlar»ı atmışdı Nazim Süleymanova. Onda Süleymanov Sadıq Sadıqovu da, onun ətrafını da sarsıdıcı məğlubiyyətə uğradıb, istefa vermişdi «Neftçi»dən. Hacıyev heç vaxt belə ləyaqətli gedişləri qəbul etməyib. Elə ona görə indi də böyük məmnuniyyətlə baş katibin verdiyi «daş»ı Süleymanova tərəf atıb. Adam elə belə də deyib:

«Bu gün hamını bir sual düşündürür: niyə U-21 Nazim Süleymanova tapşırılmadı? Ola bilsin, kimsə yaxşı oğlandır. Ancaq yaxşı oğlan yaxşı məşqçi demək deyil axı. Məsləhət olsaydı, Süleymanovu yenidən əsas milliyə qaytarardılar».

Sonuncu cümlədən «daş»ın Elxan Məmmədova məxsus olduğu sezilir. Amma əvvəlcə Böyükağa Hacıyevin «yaxşı oğlan yaxşı məşqçi demək deyil» atmacasına cavab.

Böyükağa müəllim, Süleymanov həm sizdən yaxşı oğlandı, həm də sizdən yaxşı məşqçidi. Futbolçu kimi isə necə olduğunu qabartmayaq. Sizə sərf etməz. Nöşün ki, futbolçu Süleymanov cibində yüz yox ha, min Hacıyev gəzdirərdi.

Gələk məşqçi məsələsinə. Süleymanov AZAL-a kasad büdcəylə avrokuboklara vəsiqə qazandırdı. Siz isə eyni büdcəyə sahib «Standard»ı dağıtdız.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov «Publika.az»a verdiyi müsahibədə «yeni yaradılan qurumda intriqalar olacaqmı» sualına «bir müddətdən sonra hər kəsin iç üz açılacaq» cavabını vermişdi.

Vaqif müəllim, artıq iç üzlər açılır. Yerli mütəxəssislər həmişə savadı və ləyaqətiylə seçilən, öz sözü olan həmkarlarına qısqanclıqla yanaşıblar. Həmişə Qurban Qurbanovun, Nazim Süleymanovun arxasınca danışıb, paxıllığını çəkiblər. Vaqif müəllim, o da bəyan olur ki, Məşqçilər Komitəsi elə baş katibin oyuncağıdı. Komitənin əsasnaməsinin 2.10-cu bəndində göstərilib ki, komitə üzvləri mətbuatla əlaqələri AFFA vasitəsiylə həyata keçirməlidir. Bu gün komitə üzvü Böyükağa Hacıyev mətbuatda Nazim Süleymanovla bağlı hətərən-pətərən danışırsa, deməli, bu məsələ AFFA ilə razılaşdırılıb.

Sizin komitəyə bir «quş», Vaqif müəllim. Bundan sonra o komitədə ya Böyükağa Hacıyev qalmalıdır, ya da Sadıqov, Mircavadov, Diniyev. Onunla bir komitədə qalacaqsızsa, deməli, eyni fikirləri və əqidəni bölüşürsüz. Nə bu AFFA, nə də azərbaycanlı mütəxəssislər düzələn deyil. Sizə uğurlar!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)