vaxtlı-vaxtında oxuyun! Cümə, 20 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.1043 AZN
Rusiya rublu 1 RUB = 0.0280 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.4138 AZN
Türk lirəsi 1 TRY = 0.4229 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
22:06 | 25 sentyabr 2013 | Çərşənbə Məqaləyə 1278 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çingiz Abdullayev niyə Qarabağdan yazmır?»

Şərif AĞ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ədəbi gündəmdə baş verənlər xalq yazıçısı Çingiz Abdullayev barədə bir neçə məqama işıq tutmağımı vacib şərtə çevirdi. Əslində tamam başqa mətləbdən bəhs edirdim ki, Çingiz müəllimin müsahibəsi yayımlandı. Ona görə əvvəl bu müsahibə barədə bir kaç kəlmə… Daha sonra əsl mətləb!

Adam “Karamazov qardaşları”nı detektiv adlandırır. Şaqqanaq çəkib gülməmək mümkün deyil. Oxşar yanaşma ilə kimsə bu romanı dini mətn hesab edə bilər. Gərək təəccüblənməyək…
Daha bir ciddi məsələ: bu dünyada kitablarının tirajı ilə öyünən və bunu ədəbiyyatın əsas amili kimi dəyərləndirən yəqin ki, yeganə adamdır Çingiz Abdullayev.
Başqa bir nüans: yazıçının dövlətdən asılığını tənqid edir və bunun müstəqil yaradıcı fəaliyyətə əngəl olduğunu söyləyir. Xüsusən 30-40-50 yaşdan sonra. Bu məntiqlə açılan ilk atəş bütün ömrünü və yaradıcılığını sovet və Azərbaycan dövlətlərinin yaxından himayəsində keçirən əziz dostu Anar Rzayevə, dolayısı ilə Çingiz Abdullayevin özünə dəymirmi?! Adam inana bilmir ki, bu sözləri ixtisasca hüquqşünas olan və detektiv əsərləri bütün dünyada yayılan yazıçı söyləyir. Ç.Abdullayev bəsit gedişləri ilə öz basdırdığı minaya düşən əsgəri xatırladır. Olsun ki, oxucunu avam yerinə qoymaq istəyir. Çünki başqa suallara cavab verərkən söylədiklərindən məlum olur ki, onun özü də dövlət- yazıçı münasibətlərində kifayət qədər kövrəkdir. Baxmayaraq ki, Azərbaycanda iqtisadi baxımdan azadlığa ən yaxın yazıçıdır. Di gəl ki, bunu istəmir, arzulamır. Nə üçün deyə sual etsəniz cavabım hazırdır: onun içində ədəbiyyatdan əsər-əlamət yoxdur!
Hələ görün xalqımızın sevə-sevə oxuduğu bu “dünya şöhrətli yazıçı” Qarabağ mövzusu barədə öz facebook səhifəsində nə yazıb:         
“Qarabağ hadisələri ilə bağlı hansısa əsər üzərində işləsəm, faktlar və gerçəklikləri ortaya qoymağa məcburam. Nə qədər satqınlar, xainlər olduğunu əsərimdə göstərməliyəm.
Qarabağ müharibəsi gedən zaman hakimiyyət uğrunda mübarizə gedirdi və siyasi proseslər torpaqlarımızın işğal olunmasına şərait yaradırdı. Siyasi qüvvələr vəzifə davası aparırdılar. Bunu yazmaq istədiyim əsərimdə göstərə bilməsəm, onda obyektiv əsər ortaya çıxmayacaq.
Sizə bir dəhşətli faktı danışım: Bir dəfə Anarın yanına gəlib ağladığını gördüm və ondan səbəbini soruşduqda, mənə nə desə yaxşıdır?:
“Çingiz indicə tanınmış bir yazıçı sevinərək mənə gəlib dedi ki, Anar bilirsən Xocalıda nə qədər insanlarımız öldürülüb. Bunun olması yaxşıdır, Mütəllibovu devirəcəyik”.
Bunu eşitmək çox dəhşətlidir. Xatırlayırsınızsa Xocalı faciəsi ilə bağlı sənəddə neçə azərbaycanlının adının keçdiyi bildirilirdi. Belə hallar məni çox üzür. İndi bildiniz ki, nə üçün Qarabağ məsələsi ilə bağlı əsər yazmaq istəmirəm”.
Məntiqə baxın. Adam heyrətlənməyə bilmir. Bu hansı zehniyyətdir, İlahi? Qarabağ haqda ona görə yazmır ki, satqınlar və xainlər olub! Səbəbə baxın.
Təsəvvür edin, hansısa tanınmış yazıçı gəlib Anara deyir ki, nə yaxşı Xocalı hadisələri baş verdi, Ayazı devirəcəyik! Burda ağlamalı nə var? Normal insan bu sütuasiyada heyrətlənər, yaxud qəzəblənib həmin adamı otağından qovar. Xalq yazıçısı insanın nəyə, harda, necə reaksiya verdiyini bu qədərmi bilmir? Niyə belə yalanlar uydurur? Ağlamalı nüans Xocalıdan-Qarabağdan olan evsiz-eşiksiz qələm adamlarının başı üstündən öz quyruqbulayanlarına ikinci-üçüncü dəfə ev verməkdir. Bütün mütərəqqi gəncliyi ədəbiyyatdan perik salıb AYB kreslolarına Qəddafi şövqüylə bağlanmaqdır.
Ağlamaq ki, vardır məhəbbətdəndir.
Hər adam ağlaya bilməz...
Hər adam “Karamaz qardaşları” kimi əsərlərin ötürdüyü mesajı tuta bilməz...
Hər adam yazıçı, ziyalı ola bilməz.
Buna boş yerə iddia edəndə isə Tanrı adamı bax beləcə xar eləyir.
Sənət hiyləgərliyi sevmir.

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)