vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9570 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2216 AZN
Türk lirəsi 1 TRY = 0.3012 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
16:14 | 3 avqust 2016 | Çərşənbə Məqaləyə 1318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəlanın «müjdə»si

Kimdir günahkar - 8 komandalı çempionatla 8 illik hökmdar

Natiq MUXTARLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Almeyda 5 dəqiqə də dözsəydi, «məni əvəz edin» deməsəydi, yaxud da Qurbanov onun istəyinə əhəmiyyət verməsəydi və ya buna qədər Kintana meydandan çıxarılmasaydı, indi başqa sözlər yazacaqdım. Axı Kintana əvəzlənməzdən 2-3 dəqiqə əvvəl 50 metr məsafəni birnəfəsə qət etmişdi, rəqib müdafiəsini çaş-baş salmışdı, «hələ yorulmamışam» mesajını vermişdi axı. Bəs nədən onu əvəzləmək istədi Qurban Qurbanov? Nədən hücumların kəsərini azaltdılar? Başını itirmiş rəqib isə itirdiyini tez tapdı və istədiyi qolu vurdu.

Bunlar olmasaydı, indi başqa sözlər yazacaqdım. Yazacaqdım ki, «yaxşı ki, Qurban Qurbanov «Qarabağ» niyə hücum futbolu oynamır» kimi cırtqoz ittihamlara fikir vermədi. «Qarabağ» göstərdi ki, rəqibə uyğun olaraq, ənənəvi oyun üslubundan imtina edib, soyuqqanlı, ağıllı şəkildə müdafiə olunmağı, öldürücü əks-hücumlar qurmağı da yaxşı bacarır. Zarafat deyil ey, az qala 180 dəqiqə ərzində «Viktoriya» «Qarabağ»ın qapısı ağzında bir real qol şansı yarada bilmədi». 

Yazacaqdım, o əvəzetmələr olmasaydı, bu sözləri yazacaqdım. Amma daha gecdir. Onu da bilirəm ki, daha Çempionlar Liqasının qrupunda oynamaq arzumuz da heç vaxt reallaşmayacaq. Gedin, başınızı atın, yatın. Bu əvəzetmələr Qurban Qurbanovun səhvi deyildi, bizi gözləyən bəlanın «müjdə»si idi. Bilmirəm, «Qarabağ» Avropa Liqasının qrupuna düşəcək, ya yox, amma onu dəqiq bilirəm ki, bir ildən sonra Avropa Liqasının qrupu yox ey, pley-offu da bizim üçün əlçatmaz olacaq. 8 komandanın iştirak edəcəyi çempionatın təmsilçisi Avropa komandaları ilə rəqabət apara bilməz. Nə güclüsü, nə ortababı, nə də zəifi ilə. 8 komandadan da 6-sına komanda demək...

Bir ildən sonra bəlaların gəlhagəlidi. Amma bu bəlaların baiskarı Qurban Qurbanov və onun «Viktoriya»nı keçə bilməyən «Qarabağ»ı deyil. Bu bəlanın baiskarı futboldakı 8 illik hökmranlığını 8 komandalı çempionatla «yuyan» Rövnəq Abdullayevdi. Cəmisi 8 komandası olan, onlardan da 6-sına komanda demək özünü aldatmaqdırsa, onda o ölkəyə səviyyəli legioner gəlməz. Qurban Qurbanova verdiyiniz «niyə səviyyəli hücumçu almırsız» sualını da qatlayın, qoyun yastığınızın altına. Heç burda olanları da saxlamaq mümkün olmayacaq. Gedəcəklər. Burda olanlar da gedəcəklər. Azərbaycan futbolu azərbaycanlı futbolçuların ümidinə qalacaq. Onda görəcəksiz. Onda görəcəksiz ki, görəcəkli günləriniz hələ qarşıdadı. Hazır olun.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)