«Çox ağır durumda gəlmişdi...»
Türkiyənin səhiyyə naziri Natiq Əliyevin vəfatı haqda danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qaşla-göz arasındakı ölüm
Vəzifə başında dünyasını dəyişən azərbaycanlı məmurlar...
-
Nazir səfirə gileylənib
Natiq Əliyev narahatdır
-
«Bu cür maneələrə çox rast gəlmişik»
Natiq Əliyev İtaliyada «Azərbaycan borusu»nun tikintisinin dayandırılması barədə
-
«Avropanın gözü Azərbaycandadır»
Natiq Əliyev: ««Cənub Qaz Dəhlizi» layihəsini genişləndirmək fikrimiz var»
-
«Müqavilənin uzadılmasına ehtiyac yoxdur»
Səudiyyə Krallığı OPEK-in razılaşmasından imtina edir
-
Azərbaycan və Çexiya memorandum imzalayacaq
Enerji sahəsində qarşılıqlı anlaşmaya dair...
-
«Böyük təsir gözləmək lazım deyil»
Natiq Əliyev neftin qiyməti barədə
-
«Bu həcmdən artıq neft istehsal edilməyəcək»
Natiq Əliyevdən Vyana razılaşması haqda ilk açıqlama
-
Neft ucuzlaşacaq
OPEC-in 28 noyabr Vyana görüşü ləğv edildi
-
OPEK-də Azərbaycanı gözləyirlər
«Bloomberg»: «Rusiyadan da neft hasilatını məhdudlaşdırması istənilir»
-
Yeni neft qiyaməti rsiki
Əliyevin sədrlik etdiyi toplantıda qalmaqal: kim kimi hədələdi...
-
«Biz razılığa gəldik ki, …»
Natiq Əliyev: «Azərbaycan OPEK-lə daha sıx əlaqədə maraqlıdır»
-
OPEC-in düşdüyü «tupik»
Neft ixracatçılarının «orkestri»: hər ağızdan bir avaz gəlir
-
OPEC toplantısından qayıdan nazirdən açıqlama
«Razılaşmanın təsdiqi İran və İraqdan asılıdır»
-
OPEK-dən Bakıya dəvət
Azərbaycan Vyana görüşünə qatıla bilər
-
Türkiyənin səhiyyə naziri Rəcəb Ağdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin İstanbul klinikalarından birində vəfat etməsi ilə bağlı jurnalistlərin suallarına cavab verib.
Virtualaz.org xəbər verir ki, nazir «İstanbula təyyarədən yeni endiyini, nazirin vəfatı ilə bağlı xəbəri indi aldığını, təfərrüatları bilmədiyini» deyib.
«Məsələnin ancaq bu tərəfini bilirəm ki, bir neçə gün əvvəl Azərbaycan tərəfindən tələb aldıq. Bu tələb əsasında buradan ambulans-təyyarəmizi götürdük və dəyərli nazirimizi Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır durumda gəlmişdi. Türkiyəyə gələrkən durumu son dərəcə ağır idi», - Rəcəb Ağdağ bildirib.
Natiq Əliyev ürək damarlarının tıxanmasına görə kritik vəziyyətdə Neftçilər xəstəxanasında yerləşdirilmişdi, orada həkimlərin ilkin yardımından sonra Türkiyəyə aparılmışdı. Nazir ötən gün İstanbulun «Florence Nightingale» klinikasında vəfat edib.