vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
17:55 | 23 fevral 2017 | Cümə axşamı Məqaləyə 2044 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avropanın gözü Azərbaycandadır»

Natiq Əliyev: ««Cənub Qaz Dəhlizi» layihəsini genişləndirmək fikrimiz var»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının III iclasının keçirilməsi Azərbaycan üçün önəmli bir hadisədir. Bunu bugünkü mətbuat konfransında energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, bu gün Avropa ölkələrinin gözü Azərbaycandadır: «Cənub Qaz Dəhlizi» layihəsi prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır. Layihənin reallaşdırılmasına bir neçə il öncə başlanılıb. Dünya iqtisadiyyatında maliyyə böhranın müşahidə edildiyi bir vaxtda bu layihənin həyata keçirilməsi böyük səy tələb edir. Eyni zamanda mövcud vəziyyət tələb edir ki, səylər birləşdirilsin. «Cənub Qaz Dəhlizi» layihəsini genişləndirmək fikrimiz var. Buna görə də məhz bu gün burada İon Boru Kəməri ölkələrinin nümayəndələri də iştirak edirdilər», - deyə nazir əlavə edib».

N. Əliyev qeyd edib ki, layihənin həyata keçirilməsində ən mühüm məsələlərdən biri maliyyələşmə ilə bağlıdır: «Dünya Bankı, Asiya İnkişaf Bankının nümayəndələri bu tədbirdə iştirak ediblər. Onlar bəyan etdilər ki, bu layihəyə maraq göstərirlər və layihənin maliyyələşməsində iştirak edəcəklər».