

Təklənirsiniz, müsyölər!
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
Əlavə xətt əvvəlki ilə müqayisədə daha ucuz başa gələcək
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
TAP-ın Yunanıstanda hissəsində yarımçıq 15, Albaniyada isə 35 km-lik iş də tamamlanır
TAP-dan xəbər var ...
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edib
Böyük Britaniyanın keçmiş baş naziri İtaliyada “ilişən” Azərbaycan qaz borusuna görə danışıqlara başlayır
TAP Albaniyada ən böyük xarici sərmayədir
Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Beynəlxalq ticarətdəki yüksəlişin bir nömrəli faktoru LNG olacaq
ABŞ Dövlət Departamenti Azərbaycan borusunun işə salınması haqda
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri və eləcə də Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi ölkəmizin regional mövqeyinin güclənməsində xüsusi rol oynayacaq. Ötən ay Ermənistan tərəfinin bir sıra qlobal media qurumlarında feyk təbliğatı kontekstində Azərbaycanın regional proseslərdə mövqeyinin bir daha təqdimi vacib idi. Açılış mərasiminə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeninin qatılması və çıxışını da xüsusi vurğulamaq lazımdır.
Serbiya Prezidenti Aleksandar Vuçiçin İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacağını, Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskin Azərbaycan Prezidentinin Avropada ən çox arzuolunan şəxs olduğunu deməsi də məhz ölkəmizin dövlət başçısına və bütövlükdə ölkəmizə verilən xüsusi qiymət idi.
Aydındır ki, istər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (İGB) reallaşması məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir.
İGB-nin reallaşması Cənub Qaz Dəhlizi ərsəyə gələndən sonra daha da aktuallaşdı. Bu daxili şəbəkə vasitəsi ilə Azərbaycan qazının Avropanın enerji diversifikasiyasına daha çox ehtiyac olduğu bölgələrinə çıxması deməkdir. Bununla da Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək.
Rəqəmlər də göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsziliyinin formalaşmasına töhfəsi genişlənir. 2021-ci ildə Azərbaycan bütövlükdə 19 milyard kubmetr mavi qaz ixrac edib. Bu müddətdə Avropaya 8,2 milyard kubmetr qaz göndərilib. Bu ilin ilk 8 ayında isə Avropaya qaz ixracatımız 50 faizdən çox artıb və illik nəqlin 11.5 milyard kub metrə çatacağı gözlənilir. Bütövlükdə isə, Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac etmək niyyətindədir.
İGB vasitəsi ilə bu il Bolqarıstana 440 milyon kubmetr qaz nəqli planlaşdırılır. Bu rəqəmin daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3.5 milyard kubmetrdən 5.5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Rumıniya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.
Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri ölkəmizin regional geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdi.