
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Güney Azərbaycanın Zəncan şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən ictimai fəal və qadın hüquqları müdafiəçisi Səfiyə Qarabağinin həyat yoldaşı Ruzbeh Səadəti xanımının vəziyyəti barədə danışıb. O deyib ki, “şənbə günü, oktyabrın 1-i yerli vaxtla saat 11:00 radələrində həyat yoldaşım mənə bir dəqiqəlik qısa zəng etdi və təhlükəsizlik qüvvələrinin onu həbs etməyə gəldiyini söylədi”.
İctimai fəalın həyat yoldaşının sözlərinə görə, bu telefon zəngi çox qısa olub və ondan ətraflı məlumat ala bilməyib.
Təhlükəsizlik qüvvələri telefon danışığını kəsdikdən sonra cənab Səadətinin evinə gedərək məhkəmə orderi göstərmədən evə daxil olub, reyd keçiriblər.
Səadətinin sözlərinə görə, evə daxil olmaq üçün məhkəmə orderi tələb etsə də, təhlükəsizlik qüvvələri hər hansı bir məhkəmə vərəqəsi göstərməkdən imtina edərək qanunsuz şəkildə evə daxil olublar.
İctimai fəal Səfiyə Qarabağinin həyat yoldaşı deyir ki, həyat yoldaşının harada saxlandığını öyrənmək üçün əvvəlcə Zəncan Kəşfiyyat İdarəsinin təcridxanasına gedib.
“Təcridxananın qapısı qarşısında saat yarım gözlədikdən sonra nəhayət öyrəndik ki, Səfiyə oradadır və dindirilir”, – deyə o, əlavə edib.
Səadətinin dediyinə görə, bazar günü, oktyabrın 2-si məhkəməyə müraciət edib, lakin Səfiyə Qarabağinin işi hələ də həbs və dindirilmə mərhələsində olduğu, ona qarşı irəli sürülən ittihamlar və işin məhkəmə şöbəsinin hələ də müəyyən edilmədiyi məlum olub.
Türk dil hüquqları və sosial məsələlərlə bağlı dinc fəaliyyətinə görə həbs və mühakimə keçmişi olan Ruzbeh Səadəti həyat yoldaşının həbsinin səbəbi ilə bağlı deyib ki, “biz keçmişdə də hər hansı bir etiraz aksiyaların zamanı təhlükəsizlik qurumlarının ictimai fəallara basqı tətbiq etdiyini görmüşük”.
“Ölkədə baş verən son hadisələrdə xeyli insan həbs olunub. Mənim şəxsi fikrimcə, əllərində sənəd olmasa da, nüfuzlu ictimai fəalların məhkəmədə açıq dosyesi olmasını istəyirlər. Onlar bu yolla Səfiyə Qarabaği kimi ictimai fəalların cəmiyyətə təsirini zəiflətmək istəyirlər”, – deyə, ictimai fəal əlavə edib.