

Təklənirsiniz, müsyölər!
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
TAP-ın Yunanıstanda hissəsində yarımçıq 15, Albaniyada isə 35 km-lik iş də tamamlanır
TAP-dan xəbər var ...
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edib
Böyük Britaniyanın keçmiş baş naziri İtaliyada “ilişən” Azərbaycan qaz borusuna görə danışıqlara başlayır
TAP Albaniyada ən böyük xarici sərmayədir
Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Beynəlxalq ticarətdəki yüksəlişin bir nömrəli faktoru LNG olacaq
ABŞ Dövlət Departamenti Azərbaycan borusunun işə salınması haqda
Gec, ya tez TANAP-2 və TAP-2 xətlərinin çəkilməsinə ehtiyac olacaq. Ona görə ki, Transxəzər konsepsiyası reallaşarsa, Türkmənistan və İran qazını mövcud TAP Avropaya tam daşımaq gücündə olmayacaq.
Azərbaycanın neft hasilatı azalsa da, qaz həcmləri isə ildən ilə artır. Digər tərəfdən də Avropa regionun digər ölkələrinin hasil etdiyi qazı da Azərbaycan vasitəsilə Avropaya ixrac edilməsini istəyir. Çünki Cənub Qaz Dəhlizi (CQD) ən etibarlı coğrafiya üzərindən çəkilib: Azərbaycan-Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-Adriatik dənizi-İtaliya. Buna görə də Avropa həm Azərbaycan qazının həcminin artırılmasında, həm də Transxəzər layihələrinin Azərbaycan üzərindən icrasında israrlıdır. Buna görə də ən yüksək səviyyədə cəhdlər edilir. Cənab Prezident İlham Əliyevə Co Bayden, Boris Conson və Avropa İttifaqının dövlət başçıları tərəfindən aramsız müraciətlər olur.
Tutaq ki, Xəzərin dibi bölüşdürüldü, Transxəzər layihələri üçün bütün stakeholderlər tərəfindən razılıq əldə edildi. Bu o deməkdir ki, Türkmənistan qazının, eləcə də İran qazının Cənub Qaz Dəhlizi üzərindən ixrac olunması barədə regional razılıq əldə edilir. O zaman gəlin baxaq görək CQD-nin potensialı bunu reallaşdırmağa imkan verəcəkmi?
Verməyəcək.
4 layihədən ibarət olan CQD-in Avropaya çatan 4-ci hissəsi TAP-dır ki, onun da ötürücülük gücü 10 milyard kubmetrdir və demək olar bu da tam istifadə edilir. Amma mümkün texnoloji avadanlıqların tətbiqi ilə illik 20 milyard kub metrə qədər artırmaq olar. Lakin nəzərə alsaq ki Azərbaycanın da qaz hasilat həcmləri ildən ilə artır və Avropa bazarı bu qazı almağa hazırdır, deməli Türkmənistan və İran qazını TAP vasitəsilə tam nəql etmək real görünmür.
Amma Transxəzər Qaz Boru Kəmərinin çəkilişi reallaşarsa, mütləq şəkildə TAP və TANAP-a alternativ olan yeni bir kəmərin çəkilməsinə ehtiyac olacaqdır. Zaman və maliyyə baxımından layihələrin daha səmərəli icrası üçün mövcud kəmərlərə paralel çəkilməsi və TAP-2, TANAP-2 olaraq adlandırılması daha məqsədə uyğun olardı.
Çünki mövcud TAP və TANAP-ın icrası üçün infrastruktur hazırdır, torpaq yatağı etibarlı və sınanılıb, çəkiliş üçün hüquqi prosedurlar mövcuddur, kəmərin keçdiyi ölkələr etibarlıdır, Avropaya inteqrasiya edilmiş ölkələrdir. Odur ki. Aİ-nın da bu yeni layihəni dəstəkləməsi tam olaraq realdır. Həm də TAP və TANAP dünyada qəbul olunmuş boru kəməri brendidir.