Avropa qaz TAPdı
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
Aysel MƏHƏRRƏM
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Qərb rus qoşunlarının Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir və bu proses hələ də davam edir. Növbəti mərhələdə Rusiya qazından və neftindən imtina qərarı nəzərdə tutulub. Buna qarşı alternativ qapı axtarışlarına başlanılıb.
Aprelin 7-də Avropa Parlamenti Rusiyadan neft və təbii qaz tədarükünə dərhal embarqo qoyulması təklifini dəstəkləyib. Bildirilib ki, yeni hazırlanan qətnamə məcburi deyil və bütün iştirakçı ölkələr tərəfindən məcburi icrası üçün Avropa Şurası tərəfindən ratifikasiya zəruridir.
Rusiya iqtisadiyyatını öldürməyi hədəf alan Avropa artıq yeni qapıları döyür.
“Yanacaqdoldurma məntəqəsi ölkəsini” dərhal boğmaq çağırışları xüsusi hərbi əməliyyatın lap əvvəlindən eşidildi, lakin hərəkətə keçmə əmri sayıla biləcək ilk konkret çıxış Avropa Komissiyasının sədri Ursula fon der Leyendən gəldi. Belə ki, Avropa mümkün qədər ən qısa müddətdə Rusiyanın təbii qaz idxalından asılılığını 67 faiz azaltmalıdır.
“Eurostat”ın rəsmi məlumatına görə, 2021-ci ildə Rusiya qazının Avropaya tədarük həcmi müvafiq olaraq 155 milyard kubmetr təşkil edib və bu rəqəmin tələb olunan 67 faizi 103,8 milyard kubmetrə bərabərdir.
Quru yolu ilə Avropaya o qədər də çox qaz kəməri yoxdur. Əsas ümidlər Avropaya çatdırılma payı 16 faiz olan Norveçə bağlıdır.
Norveçin əsas profil şirkəti olan “Equinor” Avropanı qazla təmin etmək üçün emalı artırmağa hazır olduğunu, lakin tədarükün 1,5 milyard kubmetr olacağını açıqlayıb.
Bundan sonra alternativ variant kimi diqqətlər Azərbaycana yönəlib. Bu məqsədlə fevral ayında Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıya gələrək danışıqlar aparıb.
Bildiyimiz kimi, Azərbaycandan Avropaya 16 milyard kubmetr tutumlu “TANAP” qaz kəməri çəkilib. Hazırda bu kanal tam gücü ilə işləmir, cəmi 14 milyard kubmetr qaz vurur. Xanım Simson Azərbaycanla danışıqlardan sonra nəqli iki milyard artırmaq, yəni TANAP-ı layihə gücünə çatdırmaq barədə açıqlama verib. O, Azərbaycanda aparılan danışıqlardan razı qaldığını bildirib.
Qeyd edək ki, qaz nəql edən üç boru Avropaya cənubdan, yəni Əlcəzairdən, ikisi İspaniyaya, biri isə İtaliyaya gedir.
Problem ondadır ki, Avropaya uzanan qaz kəməri Əlcəzairin hazırda ərazi və şelf məsələlərində kritik fikir ayrılıqları olan Mərakeş ərazisindən keçir. Ən yaxın qonşuları arasında yaranan mübahisədə İspaniya Mərakeşin tərəfini tutur, buna cavab olaraq Əlcəzair əvvəlcə öz səfirini geri çağırıb, daha sonra qaz kəmərinin qollarını bağlayıb, yəni Avropaya tədarük dayandırılıb.
Avropa ölkələrinin yeni qaz və neft axtarışı nə ilə nəticələnəcək, hələlik bu barədə fikir bildirmək qeyri-mümkündür. Görünən odur ki, Avropa ümidlərini Azərbaycana bağlayıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatic Pipeline (TAP) Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya təbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitəsilə Avropaya 10,9 milyon kubmetr təbii qaz nəql edilib. Ötən ildə bu kəmər ilə 8,1 milyard kubmetr təbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 faizini TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
TAP-ın səhmdarları SOCAR (20 faiz), BP (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləridir. (modern.az)