
İran-İsrail münaqişəsi nəyi göstərdi?
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
“Qiymət məsələsi alman alıcıları üçün çox vacibdir”
Tramp İran duasında dəlik tapıb – “zor gücünə sülh doktrinası”
İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 məhbus həlak olub
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
Yanğınsöndürənlərə silahlı hücum edən şəxslə bağlı maraqlı detallar məlum olub
ABŞ və İran “e-poçt” müharibəsi
Trampın timsah və pitonlarla dolu həbs adası açılır
İran danışıqlara qayıtmaq şərtini açıqladı
ABŞ-da “kompüter fermaları” quran fırıldaqçılar pulları Pxenyanın nəzarət etdiyi hesablara köçürüb
İsrail Baş naziri Trampla Qəzza və “İbrahim sazişi”ni müzakirə edəcək
“Onlara sadəcə məktub göndərəcəyik”
Trampın qoyduğu vaxtın bitməsinə 1 həftə qaldı
Döyüş təyyarələri Hind okeanında Dieqo Qarsiya adasındakı bazada hərəkətlilik
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
Ötən gün avqustun 7-də ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyi barədə fərman imzalayıb. Fərmana əsasən sanksiyaların birinci mərhələsində İranın beynəlxalq valyuta bazarlarına çıxışı məhdudlaşdırılır, habelə bu ölkənin qızıl və digər qiymətli metallarla ticarət aparmasına məhdudiyyətlər qoyulur. Sanksiyaların ikinci mərhələsi isə noyabrda qüvvəyə minir və həmin mərhələdə İrandan neft idxalına qadağa qoyulacaq, habelə İranla ortaq layihələrdə işləyən enerji şirkətləri sanksiyaların təsiri altına düşəcək.
Bu isə o deməkdir ki, sanksiyalar Xəzərdə Azərbaycanın “Şahdəniz-2” yatağında İranın NİOC şirkəti ilə ortaq şəkildə hasilat həyata keçirən BP şirkətini, o cümlədən Azərbaycanın özünü də vura bilərdi. Lakin virtualaz.org xəbər verir ki, müstəsna hal kimi “Şahdəniz” layihəsi və Cənub Qaz Dəhlizi ABŞ-ın İrana qarşı sanksiyalarının təsirindən azad edilir.
“S&P Global” bildirir ki, Cənub Qaz Dəhlizinin və “Şahdəniz” yatağının ABŞ-ın sanksiyalarından kənarda qalacağı prezident Donald Trampın ötən gün imzaladığı fərmanda əksini tapıb. Hərçənd fərmanda konkret olaraq bu layihələrin adı çəkilmir.
Məlumatda deyilir ki, BP ABŞ hökumətinə Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi layihəsinin sanksiyalardan kənarda saxlanılması üçün müraciət edib. İranın NİOC şirkəti bu konsorsiumda 10 faizlik paya malikdir və bu da potensial olaraq ABŞ-ın İranın neft sektoruna tətbiq etdiyi sanksiyaların təsiri altına düşə bilərdi.
Lakin Trampın fərmanında Cənub Qaz Dəhlizinə işarə ilə bildirilir ki, “təbii qaz layihəsi istisnadır”. Və ardınca fərmanda 2012-ci ildə qəbul edilmiş Akta istinad edilir. Həmin Aktda “Azərbaycanda qaz hasilatının, Türkiyəyə və Avropaya təbii qazın nəqlinin sanksiyalardan azad edilməsi” nəzərdə tutulur. Bu qanuna əsasən Cənub Qaz Dəhlizi Avropanın Rusiyadan energetika asılılığını azaltmağa xidmət etdiyi üçün istisna təşkil edir.
Sayt bildirir ki, “Şahdəniz” sanksiyalardan kənarda qalsa da BP-nin Şimal dənizində İran Milli Neft Şirkəti ilə birlikdə hasilat apardığı “Rhum” qaz yatağı ilə bağlı xahişinə Trampın fərmanında heç bir aydınlıq gətirilmir. Ağ Ev də “Rhum” yatağı barədə məsələni şərh etməkdən imtina edib.