vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
10:14 | 7 aprel 2017 | Cümə Məqaləyə 2533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu cür maneələrə çox rast gəlmişik»

Natiq Əliyev İtaliyada «Azərbaycan borusu»nun tikintisinin dayandırılması barədə

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliya məhkəməsinin «Azərbaycan borusu»nun (TAP) tikintisinin müvəqqəti dayandırılması barədə qərarı, səsindən hiss olunduğuna görə, Azərbaycanın energetika naziri Natiq Əliyevi təəccübləndirməyib. Nazirin virtualaz.org-un əməkdaşına verdiyi məlumata görə, hazırda o, Türkiyədədir və baş verənlərdən xəbərdardır.

«Öncədən razılıq verilib, hər şey qaydasında idi», - Natiq Əliyev deyib. Nazirin şərhinin tonuna əsaslansaq, elə bir faciə baş verməyib.

Qeyd edək ki, İtaliya məhkəməsinin qərarı boru kəmərinin tikintisini aprelin 19-na kimi dayandırır və həmin tarixdə məhkəmə məsələyə bir daha baxacaq.

Natiq Əliyevin sözlərinə görə, marşrut əvvəlcədən razılaşdırılıb, bundan əlavə, onu üzərinə müəyyən öhdəliklər götürmək şərtilə İtaliya hökuməti özü təklif edib. «Nəzərə almaq lazımdır ki, bu layihə İtaliyanın özünə və digər Avropa ölkələrinə lazımdır – biz onları təbii qazla təchiz edəcəyik», - Əliyev bildirib.

Azərbaycanın energetika naziri vurğulayıb ki, bu məhkəmə son instansiya deyil. «Aprelin 19-na qədər gözləyək. Yenə təkrar edirəm ki, saziş İtaliya hökuməti ilə bağlanıb, regional hakimiyyətlərlə deyil. Marşrutu da biz təklif etməmişik. Ümumilikdə, problem bizə tanışdır. Bu cür maneələrə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisində və digər layihələrdə də rast gəlmişik», - Natiq Əliyev deyib.