vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
15:35 | 10 iyun 2017 | Şənbə Məqaləyə 2631 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan bizə xəbərdarlıq edib ki, ...»

Gürcüstan rəsmisi «Şahdəniz» yatağı ilə bağlı açıqlama yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan bu ilin avqust ayında «Şahdəniz» yatağından Gürcüstan və Türkiyəyə qaz ixracını bir aylıq dayandıracağı barədə rəsmi Tiflisi xəbərdar edib.

Virtualaz.org «Reuters»ə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib. Nazir müavinin sözlərinə görə, Azərbaycan qaz ixracın ixrac qaz kəmərində təmir işləri ilə bağlı dayandırır.

«Biz Azərbaycandan xəbərdarlıq aldıq ki, «Şahdəniz» yatağından qaz təchizatı avqust ayında kəmərdə planlaşdırılmış təmir işləri ilə bağlı dayandırılacaq», - Valişvili bildirib. O, deyib ki, bu cür təmir işləri az qala hər il aparılırdı. Bu il isə təmir bir ay davam edəcək. «Bu, nə zamansa aparılmış ən uzunmüddətli təmir olacaq», -Valişvili əlavə edib.

Nazir müavini qeyd edib ki, qaz təchizatının dayandırılması Gürcüstana problem yaratmayacaq, çünki yay aylarında qaza tələbat kəskin azalır və Azərbaycan digər qaz yataqlarından hasil olunan qaz hesabına Gürcüstan istehlakçılarının qazla fasiləsiz təmin olunmasını avqust ayında da davam etdirəcək.

Gürcüstanın qaza olan tələbatı ildə 2.5 milyard kubmetrdir, ölkə Azərbaycandan tranzit ölkəsi kimi ildə 800 milyon kubmetr güzəştli qaz alır. Valişvili deyib ki, «Şahdəniz-2» işə düşdükdən sonra bu həcm 2020-ci ildən etibarən ildə 1.6 milyard kubmetrə qədər artacaq.