vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:42 | 9 iyul 2017 | Bazar Məqaləyə 1556 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Getdi, qayıtdı, öldü

Azərbaycanın qara siyahısına düşən bloqqeri Əzrayıl da eynirəngli siyahıya salıbmış

Bloqqer İlya Varlamov Anton Nosikin öldüyünü bildirib. Virtualaz.org Rusiya portalı «Republic»ə istinadən qeyd edir ki, Varlamov bu haqda öz bloqunda yazıb.

«Ölüm gecə saat iki ərəfəsində baş verib. Başqa təfərrüatlar hələlik məlum deyil», – Varlamov vurğulayıb.

«Exo Moskvı» radiostansiyasının müxbiri Yakov Şırokov bildirib ki, bu informasiyanın doğru olduğu barədə məlumat alıblar.

«Exo» saytı isə yazır ki, Nosikin ölümünə səbəb ürək tutması olub. İnformasiyanı «Facebook»da jurnalist Demyan Kudryavtsev də təsdiq edib.

Xatırladaq ki, qalmaqallı rusiyalı bloqqer Anton Nosik bu ilin martında işğal olunmuş Qarabağa qanunsuz səfər etmişdi.

««Dağlıq Qarabağ Respublikası»na, qədim erməni «Artsax»ına gedirəm. Deyirlər, bütün Zaqafqaziyada ən gözəl yerdir. Belə fikir var ki, hər kəs, hansı ki ora daxil olur, Azərbaycanın ərazi bütövlüyünü pozur. Bu məni utandırmır», - deyə onda Nosik yazmışdı.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu səfərindən sonra A.Nosikin adını «qara siyahı»ya salmış və Azərbaycana girişinə qadağa qoymuşdu.