vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
09:24 | 15 yanvar 2014 | Çərşənbə Məqaləyə 2263 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avro-4»ə keçidin vaxtı müəyyənləşdi

Bu standartlardan sonra ölkəyə gətirilən avtomobillərin siyahısı açıqlanıb

«Trend»

MÖVZU İLƏ ƏLAQƏLİ

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, hökumətin qərarı bu gün rəsmi mətbuatda dərc olunub.

Qərara əsəsan, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq ediləcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda yeni standartların tətbiqindən sonra ölkəyə idxalına icazə verilən avtomobillərin siyahısı açıqlanmışdı. Siyahıya aşağıdakı avtomobillər daxildir:

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitələrinin buraxılış ili

Ekoloji siniflərə görə texniki reqlamentin tələblərinə uyğun gələnlər

2

3

Avropa İttifaqına daxil olan ölkələr, benzin

1997-2000

2001-2004

Aİ-yə daxil olan ölkələr, dizel

1997-2001

2002-2004

ABŞ

1996-2000

2001-2003

Yaponiya

1998-2004

2005-2010

Kanada

2001-2003

2004-dən

Hindistan

2005-2009

2010-dan

Çin

2004-2007

2008-dən

Koreya

2001-2002

2003-2005

Ukrayna, M kateqoriyalı

2006-dan

2010-dan

Ukrayna, N kateqoriyalı

2007-dən

2010-dan

Belarus

2006-2007

2008-dən

Özbəkistan

2007-2009

2010-dan

Qazaxıstan

2006-2011

2012-dən

Rusiya

2006-2007

2008-dən

Avropa İttifaqına daxildir: Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çexiya, Bolqarıstan, Rumıniya, İsveç, Estoniya.