vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QƏZA, FACİƏ  
11:02 | 14 iyul 2017 | Cümə Məqaləyə 2691 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SOCAR-ın müəssisində insident

İzmirdəki «STAR» Neft Emalı Zavodunda kütləvi zəhərlənmə?

MÖVZU İLƏ ƏLAQƏLİ

İzmirin Əliağa bölgəsində «STAR» Neft Emalı Zavodunun inşaatında çalışan iki podratçı şirkətin 300 nəfər işçisi iyulun 12-13-də mədə bulantısı və ishal şikayəti ilə inşaat ərazisindəki tibb məntəqəsinə müraciət edib.

«Report» xəbər verir ki, bu barədə «Star Refineri»nin açıqlamasında qeyd olunub.

«STAR» zavodunun əsas podratçısı TSGİ şirkətinin məlumatına görə, iş yerindəki həkimin ilkin müşahidəsi zamanı hansısa zəhərlənmə əlamətinə rast gəlinməyib. Yalnız iki nəfər işçi iş yeri həkiminin göstərişi ilə xəstəxanaya aparılıb. 29 nəfər isə öz istəyi ilə Aliağa və Menemen dövlət xəstəxanalarına müraciət edib və onların hamısı evə buraxılıb. Hazırda xəstəxanada müşahidə altında olan işçi yoxdur», - açıqlamada qeyd olunub.

O da qeyd olunub ki, narahatlığın kökünün müəyyən olunması məqsədi ilə ciddi araşdırma prosesinə başlanılıb. «Bu çərçivədə şikayət edən işçilərdən götürülən nümunələrlə yeməkxanadan götürülən qida və su nümunələri laboratoriyalarda araşdırma üçün göndərilib.17 min nəfərin çalışdığı Neft Emalı Zavodunun inşasında bütün proseslər yerli və beynəlxalq normalar çərçivəsində həyata keçirilir, araşdırma və istintaqın nəticələrinə görə lazımi addımlar atılacaq»,-deyə məlumatda vurğulanıb.


***


10:00

SOCAR-ın törəməsi olan "STAR" Neft Emalı Zavodunda kütləvi zəhərlənmə baş vetib.

«Aliağa Ekspress» nəşri xəbər verir ki, zavodun xeyli sayda əməkdaşı ötən gün nahar zamanı verilən yeməkdən zəhərləndiyini iddia edir. Qəzetə danışan zavod işçiləri ətin keyfiyyətsiz olduğundan şübhələnirlər.

Ümumilikdə «Gemond», «Tekfen» və «İlk İnşaat» kimi subpodratçı şirkətlərin təxminən 1500 nəfər işçisinin zəhərləndiyi iddia edilir. «Gecə ərzində təcili tibbi yardım maşınları dayanmadan işləyib. Təxminən 1500 nəfər zəhərlənib. Ətin keyfiyyətsiz olduğu deyilir. Problem zavodun və podratçı olan TSGI şirkətinin rəhbərliyinin nəzərinə çatdırılıb. Lakin bir tədbir görən yoxdur», - deyə işçilərdən biri bildirib.

O da bildirilir ki, nahar zamanı xeyli insanın halının pisləşdiyini görən işçilərin bir qismi yeməyi boykot edib.

SOCAR rəsmiləri isə insidentin baş verdiyini təsdiqləyiblər. Bununla yanaşı, onlar qeyd ediblər ki, rəqəmlər xeyli şişirdilib və zəhərlənənlərin sayı 1500 nəfər deyil: «Əlimizdə olan son rəqəmlərə görə, 346 nəfərə tibbi yardım göstərilib».

Zavod rəhbərliyi artıq baş vermiş hadisəni işçiləri yeməklə təmin edən şirkətlə müzakirə edib: «Naharda işçilərə verilən yeməyin nümunələri laboratoriyaya göndərilib. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək».(APA)