«Ermənistana sanksiyalar tətbiq edilməlidir»
Fransalı senator: «Bizə Cənubi Qafqazda növbəti müharibə lazım deyil»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Afrikada Fransa antipatiyası
Burkina Fasoda üç diplomat deportasiya edilib
-
Yeni Kaledoniya və istilaçı Fransa
Kiçik tarixi, iqtisadi araşdırma
-
Hotelin altından 640 illik qala tapılıb
Xəndəklənmiş binada sikkələr, zinət əşyaları ilə yanaşı mebel də olub
-
Le Pen qəyyumluğa götürüldü
Fransa ifrat sağçı partiyanın liderliyi atadan qızına ötürülüb
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
Fransanın qatı ermənipərəst baş naziri
Attalın yəhudi əsilli olması heç nəyi dəyişmir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
Ya fransız olun, ya da fransız...
Cinsi azlıqlara haqq tanıyan Makron, etnikləri gömür
-
Fransada dəhşətli yanğın
Çoxlu insan, o cümlədən uşaqlar həlak olub
-
Makrona maxinasiya şoku
“McKinseygate” qalmaqalı ilə bağlı araşdırmalar başladı
-
“Onsuz da öyrənmək çətindir”
Bricit Makron fransızcanın müdafiəsində ...
-
La-Manşda qayıq batıb
30-50 arası miqrantın axtarışına başlanılıb
-
AİHM Fransanı təqsirli bilib
Rəsmi Paris hər ailəyə 7150 avro təzminat ödəyəcək
-
Paris qaranlığa qərq oldu
İşıqları kəsilən əhali yanğınsöndürənlərə zəng edib
-
“Onu asanlıqla aldadırlar”
İranlı nazir: “Makron MKİ tərəfindən idarə olunur”
Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləmək və bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək lazımdır. Bunu «Trend»ə fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule deyib.
O qeyd edib ki, dinc sakinlər arasında ölüm halları bir çox münaqişələr zamanı hər gün qeydə alınır: «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir. Bu, artıq dözülməzdir. Sülh prosesini başlamaq və atəşkəs rejiminin saxlanması üçün beynəlxalq qüvvələri cəlb etmək lazımdır. Dünya ictimaiyyəti bu məsələdə ciddi iradə nümayiş etdirməlidir. Bizə Cənubi Qafqazda növbəti müharibə lazım deyil».
Bir çox beynəlxalq təşkilatın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını tanıdığını xatırladan N.Qule deyib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş ABŞ prezidenti Donald Tramp işğalın qurbanı olan Azərbaycanın tərəfində olmalıdır.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması əməllərinin nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.