ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Bakı üçün fürsətdir
Politoloq: «Azərbaycan Vaşinqtonun hərtərəfli dəstəyinə bel bağlaya bilər...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
«ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların dünya üçün də nəticələri olacaq». Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq ABŞ-la münasibəti olan bir çox ölkələrin də sanksiyalara qoşulmaq məcburiyyətində qalacağını bildirib.
«Düzdür, Konqres bundan əvvəl Azərbaycanda neft və qaz hasilatı ilə məşğul olan 6-ya yaxın şirkətinin bu sanksiyalardan azad olunması barədə qərar çıxarmışdı. Ancaq indiki sanksiyalar genişləndirilmiş sanksiyalardır və dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çünki ABŞ-a məxsus şirkətlər bir neçə ölkədə eyni vaxtda fəaliyyət göstərir və dünya iqtisadiyyatının bir növ qan damarını təşkil edir. Buna görə də Konqres dünyada iqtisadi böhranın dərinləşməməsi üçün Rusiya, Şimali Koreya və İrandan başqa digər ölkələrdə fəaliyyət göstərən Amerika şirkətləri haqqında yeni bir qərar çıxarmalıdır. Əks təqdirdə, siyasi münasibətlər gərginləşə bilər. Zənnimcə, ABŞ Rusiya, Şimali Koreya və İrana qarşı çevrilmiş şirkətlərin fəaliyyətlərini məhdudlaşdıran sanksiyalara yaşıl işıq yandıracaq və yerdə qalan ölkələrə isə tətbiq etməyəcək. Çünki bu, Vaşinqtonun da maraqlarına ziddir», - politoloq qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın Rusiyanın neft və qazçıxarma sektoruna sanksiyalar tətbiq etməsi Azərbaycanın önəmi artacaq: «Ümumiyyətlə, Azərbaycandakı Amerika şirkətləri sanksiyalar prosesinə qoşulmayacaq. Prezident İlham Əliyev İstanbulda ABŞ Dövlət katibi Reks Tillersonla görüşərkən Azərbaycandakı neft və qaz layihələrinə ABŞ-ın birmənalı dəstəyini ifadə etdi və bildirdi ki, Azərbaycan ABŞ üçün geosiyasi və digər cəhdlərinə görə strateji əhəmiyyətli ölkə olaraq qalır, bu səbəbdən də Bakı Vaşinqtonun hərtərəfli dəstəyinə bel bağlaya bilər. Bu, Vaşinqtonun sanksiyalara dair Bakıya verdiyi təminat idi. Üstəlik, ABŞ mətbuatında Rusiya neft və qazına alternativ olaraq göstərilən mənbələr sırasında ölkəmiz birinci yerdədir və qeyd olunur ki, bu ölkədəki sabitlik və iqtisadi sazişlərə əməletmə sahəsindəki çoxillik təcrübə ABŞ və Qərbin Azərbaycana etibarını daha da artırır. Bu hələ iqtisadi münasibətlər sahəsinə çevrilmiş dəstəkdir, ancaq heç də uzaq olmayan bir zamanda, yəni Azərbaycan qazı Avropa məkanına daxil olduqdan sonra sözün həqiqi mənasında Qərb dünyasında Azərbaycanın önəmi artacaq. İndiyə qədər xeyli Avropa dövlətləri, o cümlədən İsrail Azərbaycan neftini alırdı, eyni zamanda Türkiyə, Yunanıstan və İtaliyanın bir hissəsi bizim qazla təmin edilirdi. Ancaq yaxın gələcəkdə buraya Serbiya, Albaniya, İspaniya və bir sıra ölkələr də qoşula bilər».
Q.Hüseynlinin fikrincə, Azərbaycanın Qərbin enerji təchizatında önəmli oynaması ölkəmizə siyasi dəstəyin artırılmasına gətirib çıxaracaq: «Bu gün Qərbin ciddi siyasi dəstəyinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Çünki Qarabağ problemi həll olunmayıb. Problemin siyasi dəyərləndirilməsində hələ də ikili standartlara və xristian təəssübkeşliyinə rast gəlirik. Burada erməni lobbisinin oynadığı rol böyükdür. İndi Azərbaycan Qərbi neft və təbii qazla təchiz etməyə başladıqca ölkəmizin siyasi önəmi artacaq. Bu o anlama gəlir ki, neft və qaz ətrafında fəaliyyət göstərən xarici şirkətlər Azərbaycan üçün siyasi lobbiçilik funksiyasını yerinə yetirməyə başlayacaqlar. Bu prosesdə Ermənistanın Azərbaycana təcavüzünün bütün anatomiyasını açmaq mümkün olacaq. Nəticədə BMT qətnamələrinin yerinə yetirilməsi üçün əlverişli ictimai-siyasi mühit formalaşacaq. Rəsmi Bakı isə mərhələ-mərhələ bu siyasi mühitdən yararlanacaq və ermənilərin Qarabağla bağlı bütün siyasi stereotiplərinin alt-üst olmasına nail olacaq. Bu fonda həm Azərbaycanın xarici siyasəti ciddi və hücumçu xarakterdə olmalı, həm də diaspor təşkilatları Avropa ölkələrində, eləcədə Amerikada siyasi maarifləndirmə işinin qurulmasına ciddi töhfə verməlidir. Güman edirəm ki, Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistanın bir nömrəli tərəfdarlarının mövqeyinin daralmasına, Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin genişlənməsinə gətirib çıxaracaq ki, bu da Dağlıq Qarabağ probleminin ədalətli həllinə əhəmiyyətli töhfə verə bilər».