«Bizim rayondan deyilsən»
Yevlaxda xəstəxana ağır xəstəni qəbul etmədi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... 5 vəzifəli həbs olundu
Pambıqçıların zəhərlənməsinə görə ...
-
“Pambıqçıların zəhərlənməsi təxribat deyil”
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
-
“Ürəkbulanma zəhərlənmə demək deyil”
Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”
-
“Bizim vaxtımızda belə hadisələr olmurdu”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
-
Bu artıq təxribatdır!
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatdı: 8-i uşaqdır
-
İcra başçıları üçün kritik son ay
Prezidentin verdiyi müddət dekabrın 15-də bitir; pambıq yığımında bir neçə rayon geridə qalıb
-
«Şəhərin illərlə yığılıb qalmış problemləri var»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
-
«Səhiyyə Nazirliyinə tabe deyilik»
Yevlax Mərkəzi Xəstəxanasının həkimləri Hippokrat andı içməyib?
-
«Pulları xaricdə gizlədirdilər»
İlham Əliyev: «Gəlir tam şəkildə ölkəmizə gəlməlidir»
-
Saxta içkilər var
Pivə içənlər, diqqətli olun!
-
Balakən qatarında yanğın
Teplovozun mühərriki alışıb
-
Yemək təhlükəlidir!
«Zəhərlənmə halları artır»
-
FHN-də həyəcan
Rayonlarda həyat iflic oldu
-
Nazir özünü yandıran əlil haqda danışdı
Yevlaxa xüsusi nümayəndə göndərilib
-
Yevlax və Mingəçevirdə neft var?!
50 il bundan qabaq dayandırılmış geoloji axtarışlar bərpa edilib
-
3 yanvar gecəsində 4 yanğın
3 yanğının qarşısı alınsa da, 1 ev tamamilə yanıb
Şəkidən Yevlaxa qonaq gedən vətəndaşın vəziyyəti qəfildən pisləşib. Onu xəstəxanaya aparsalar da Yevlax rayon Ailə Sağlamlığı Mərkəzində xəstəni qəbul etməyiblər. Səbəb kimi isə onun başqa rayonda qeydiyyatda olmasını göstəriblər. Ağır vəziyyətdə olan xəstəni başqa rayona aparılmasını məsləhət görüblər.
Xəstənin yaxınları bu barədə «XəzərXəbər»ə müraciət edib. Onlar hətta baş verən bu hadisənin videosunda göndəriblər.
Yaxınlarının iddiasına görə, hadisə ötən gün axşam saatlarında Yevlax rayonunda baş verib. 22 yaşlı Şəki sakini Əmrah Əşirli dayısı evinə qonaq gəlib. Bir müddət sonra gənc oğlanın böyrəyindən kəskin sancı tutub. Qohumları onu dərhal Yevlax rayon Mərkəzi Xəstəxanasına aparıblar. Kadrlardan da göründüyü kimi, xəstə ağrı içində qıvrılır. Əlacsız qalan qohumları isə xəstəxananın qarşısında vurnuxurlar.
Çəkilişi edən xəstənin yaxını içəri daxil olduqda isə xəstəxananın əməkdaşları gizlənməyə cəhd edirlər.
Qohumları həkimin ilkin yardımından sonra başqa xəstəxanaya aparacaqlarını desələr də, bir həkim belə xəstəyə yaxın durmayıb.
Xəstəxanadan bildiriblər ki, Əmrah Əşirlini Mingəçevir şəhər xəstəxanasına aparsınlar. Xəstənin dayısı xəstəxanadan təcili yardım maşını istəsə də, onlar buna da məhəl qoymayıblar.
Bu səbəbdən kəskin ağrılar içində olan Əmrah Əşirlini qohumları Ağdamın Quzanlı xəstəxanasına aparıblar. Orda ilkin yardım edilib, hazırda vəziyyəti normaldır.
Xəstə yaxınlarının dediklərinə inansaq, Yevlax Mərkəzi Xəstəxanasının münasibətindən belə çıxır ki, hər kəs yalnız qeydiyyatda olduğu rayonda xəstələnməlidir. Xəstəxanadan isə yalnız bu məlumatı veriblər ki, xəstəxana Səhiyyə Nazirliyinin deyil, İcbari Tibbi Sığorta Agentliyin tabeliyindədir. Adı çəkilən qurumdan «Xəzər Xəbər»ə bildiriblər ki, məsələ ilə bağlı yalnız bazar ertəsi açıqlama verə bilərlər. Halbuki elə bu gün də iş günü idi.