

Qazilərimizə qarşı məmur biganəliyi və sayğısızlıq gənclərimizin vətənpərvərlik duyğularına böyük zərbədir
Nazir İman Kərimov prosesdə iştirak etdi
“Ağ qızıl”ın hər kiloqramına 60 qəpik və əlavə …
Sabirabad qarpızı bazarlardan yoxa çıxdı, qiymətlər də kəskin artdı ...
Pambıqçıların zəhərlənməsinə görə ...
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatdı: 8-i uşaqdır
Nazir İman Kərimov məmuru işdən çıxarıldı
Zəhərlənmə ilə əlaqədar 111 şəxs xəstəxanaya müraciət edib
Azərbaycanlı pambıqçıları Vyetnam partizanları kimi zəhərlədilər
14 pambıqçının xəstəxanalıq olmasının səbəbi bilinmir
Bu dəfə Tərtərdə 14 nəfər zəhərləndi
Xəstələrin vəziyyəti isə qənaətbəxşdir
Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb
22 milyon 358 min manat
Tərtərdəki pambıq əkininin sifarişçisi olan "Aqrarkredit" şirkəti MMC rayonda baş vermiş zəhərlənmə faktı ilə bağlı Modern.az-a açıqlama verib.
Şirkətin direktoru Bəhruz Camalov Modern.az-a bildirib ki, pambıq tarlasında təhlükəsizliyə riayət edilməməsilə bağlı iddialar əsassızıdır: “Xəstəxanalara müraciət edən adamlarda ürəkbulanma kimi hallar müşahidə olunub. Bu isə zəhərlənmə demək deyil. Zəhərlənmə diaqnozu təsdiqlənəcəyi təqdirdə lazımi tədbirlər görüləcək”.
B.Camalov tarlalarda istifadə müddəti bitmiş dərmanların tətbiqinə də münasibət bildirib: “Biz şirkət olaraq kimyəvi pereparatları qeydiyyatdan keçən, lazımi sertifikat və şəhadətnamərlər almış və uzun müddət bu sahə ilə məşğul olan “EMA” MMC şirkətindən alırıq. Bizim mütəxəssislərimiz dərmanlarla bağlı həm fermerləri, həm də sahədə işləyəcək olanları təlimatlandırırlar.
Elə dərmanlar var ki, onu tətbiq etdikdən 1 gün sonra sahəyə girilməlidir, amma işçilər 5 gün sonra girib. Yəni “işçilərin sahə dərmanlanan kimi ora göndərilməsi” fikirləri doğru deyil. Biz nəticələri gözləyirik. Hazırda araşdırmalar gedir, iki mütəxəssisimiz Tərtərdədir. Araşdırmalar bitdikdən sonra hansı nəticəyə gəlinəcəksə, ona uyğun da qərar veriləcək. Amma biz təhlükəsizliyə və dərmanların keyfiyyətinə cavabdehik”.
Qeyd edək ki, iyun ayı ərzində Tərtərdəki pambıq sahələrində müxtəlif vaxtlarda iki dəfə kütləvi zəhərlənmə faktı qeydə alınıb.