“Bizim vaxtımızda belə hadisələr olmurdu”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təqsirkarlar cəzalandırılmalıdır
Qazilərimizə qarşı məmur biganəliyi və sayğısızlıq gənclərimizin vətənpərvərlik duyğularına böyük zərbədir
-
Çiyid səpini başladı
Nazir İman Kərimov prosesdə iştirak etdi
-
Pambıq yığımı başlandı
“Ağ qızıl”ın hər kiloqramına 60 qəpik və əlavə …
-
Qarpız qızıla dönüb, xəbəri yox fermerlərin
Sabirabad qarpızı bazarlardan yoxa çıxdı, qiymətlər də kəskin artdı ...
-
... 5 vəzifəli həbs olundu
Pambıqçıların zəhərlənməsinə görə ...
-
“Pambıqçıların zəhərlənməsi təxribat deyil”
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
-
“Ürəkbulanma zəhərlənmə demək deyil”
Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”
-
Bu artıq təxribatdır!
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatdı: 8-i uşaqdır
-
Zəhərlənmənin günahkarı tapıldı
Nazir İman Kərimov məmuru işdən çıxarıldı
-
“7 nəfər reanimasiyadadır”
Zəhərlənmə ilə əlaqədar 111 şəxs xəstəxanaya müraciət edib
-
Sabotaj, yoxsa …
Azərbaycanlı pambıqçıları Vyetnam partizanları kimi zəhərlədilər
-
Zəhərlənmə, yoxsa günvurma?!
14 pambıqçının xəstəxanalıq olmasının səbəbi bilinmir
-
Pambıq sahəsində növbəti insident
Bu dəfə Tərtərdə 14 nəfər zəhərləndi
-
Zəhərlənmə olayı prezidentin nəzarətində
Xəstələrin vəziyyəti isə qənaətbəxşdir
-
Təlimata əməl edilməyib...
Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb
-
Prezident Sabirabada pul ayırdı
22 milyon 358 min manat
“Bizim dövrümüzdə heç vaxt kütləvi zəhərlənmə olmayıb. Ağlıma gəlmir ki, çalışdığım 40 il ərzində nə vaxtsa pambıqçılıqda kütləvi zəhərlənmə baş versin. Görünür, indiki halda baş verən zəhərlənmədə dərmanların dozasını artıq edirlər”.
Bunu Modern.az-a açıqlamasında keçmiş deputat, bir vaxtların məşhur pambıqçısı, hazırki Prezident təqaüdçüsü Tərlan Musayeva son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə hallarına münasibət bildirərkən deyib.
Tərlan Musayeva bildirib ki, pambıq sahələrində bu cür neqativ halların baş verməsində sahəyə nəzarət edən aqronomun da, məhsulu becərənin də məsuliyyəti var.
“O vaxtlar pambıq sahələrinə mən də dərman səpmişəm. Amma dərmanı sahəyə səpəndən sonra 24 saat kimsə ora buraxılmırdı. Çünki dərmanın təsiri keçməli idi. Mən sahəyə dərman səpən vaxtlarda yanımda ayran, qatıq məhsulları gəzdirirdim. Su əvəzinə onu içirdik. Kolxozdan hər bir işçi üçün süd məhsulları təşkil edilirdi. Əleyhqazdan istifadə edirdik. Əlcəksiz, xüsusi geyimsiz tarlaya girməzdik. İş geyimlərini geyinməsəydik, bizi tarlaya buraxmazdılar. Görünür, indi bu sahəyə nəzarət olunmur. Kənardan gətirilən adamlar da qaydalara əməl etmirlər. O vaxtlar bu sahəyə ciddi nəzarət vardı. Kolxoz sədri də məsuliyyət daşıyırdı”.
Tanınmış pambıqçının sözlərinə görə, dərmanlardan düzgün istifadə edilmədikdə əks təsir özünü daha çox göstərir.
“Bəlkə də elə işçilərin yanında dərmanı tarlaya səpirlər. Həmçinin, gətirilən dərmanların dozasından düzgün istifadə etmirlər. Bu cür dərmanlar çox təhlükəlidir. Hətta dərmanların insan orqanizmində 40 il qalma təsiri var. Bizim dövrümüzdə hamilə qadınların pambıq tarlalarında işləməsinə icazə verilmirdi. Çünki bu dərmanların ana bətnində olan uşağı öldürmək riski daha güclüdür”.
Xatırladaq ki, son günlər Saatlı, Tərtər, İmişli və Yevlaxdakı pambıq tarlalarında kütləvi zəhərlənmə halları baş verib.
Namidə BİNGÖL