vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SƏHİYYƏ, ORDU  
11:11 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2281 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Açıq qapı» günü

Müdafiə nazirliyi ictimaiyyətə hərbi hissələrə giriş icazəsi verəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Qurban bayramı münasibətilə hərbi hissələrdə «Açıq qapı» günü keçiriləcək. Xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. «Sentyabrın 2-də saat 11.00-da Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün «Açıq qapı» günü təşkil olunacaq», - nazirlik bildirir.

Xəbərə görə, ziyarətçilər, ictimaiyyət, KİV nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə keçiriləcək «Açıq qapı» günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Bu il Qurban bayramı sentyabrın 1-i və 2-nə təsadüf edir. Bu bayramda qurban kəsilən heyvanların ətindən imkansız ailələrə və yetimlərə paylamaq geniş ənənəyə çevrilib.