vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
QARABAĞ  
00:21 | 28 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 2180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çatlaq səslər eşidilir

Ermənistan Laçın ermənilərinə söz verib

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Paşinyan da bəyan etdi ki, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycana təhvil veriləcək. Ermənistan hökuməti Laçın şəhəri və Zabuxda yaşayan erməniləri mənzillə təmin edəcəklərinə dair söz verib.

Laçın şəhəri və Zabuxun təmizlənməsi prosesində üç mümkün perspektiv ola bilər.

Birincisi, orada qalan ermənilər çıxmağa etiraz edəcəklər. Çatlaq səslər artıq eşidilir, lakin razılaşma var və Paşinyanın açıqlaması İrəvanın artıq prosesə hazırlaşdığını deməyə əsas verir. Bununla yanaşı, məsələ Rusiyaya üçtərəfli razılaşmada “irəliləyiş” olduğunu göstərmək baxımından lazımdır.

İkincisi, çıxmaq istəməyən, lakin məcbur edilən ermənilər geridə qalanları məhv edəcək: müharibədən sonra evlərə od vurduqlarını görmüşük, analoji addımın Laçın şəhərində və Zabuxda da atılacağı istisna deyil;

Üçüncüsü, çıxarılacaq ermənilərin hara köçürüləcəyi vacib məqamdır, Ermənistana, yoxsa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə: Paşinyan bu ermənilərin mənzillə təmin ediləcəyini deyir, lakin mənzilin harada veriləcəyini açıqlamır; mənzilin Ermənistan hökuməti tərəfindən təmin ediləcəyini nəzərə alsaq, onların Ermənistan ərazisinə köçürüləcəyi məntiqi ortaya çıxır, hərçənd, Qarabağa – separatçıların olduğu ərazilərə köçürülmələri də istisna deyil, xüsusilə sülhməramlıların olduğu bölgədə ermənilərin sayının artırılması istəyi fonunda bu mümkündür;

Azərbaycan tərəfi bu məsələyə xüsusi diqqət yetirməlidir. Çünki Laçın şəhəri və Zabuxda yaşayan ermənilər Ermənistanın müxtəlif yerlərindən və Yaxın Şərqdən bu bölgəyə köçürülüb, “Qarabağ erməniləri” deyil (Qarabağda hazırda qalan ermənilərin əksəriyyətinin də sonradan bölgəyə köçürülənlər olduğu ayrı bir həqiqətdir). Misal üçün, Zabuxun qondarma “icma rəhbəri” Çavuşyan 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabuxa köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb.  

Bakı bu ermənilərin Qarabağa gətirilməməsi, eyni zamanda, evlərin və digər obyektlərin məhv edilməməsi məsələsini rusların qarşısında qaldırmalıdır.