«Məni bu həyatda heç kim başa düşmədi...»
Tualet bəhanəsi ilə iclasdan çıxıb Xruşşovu xilas edən xanım siyasətçi - «üçüncü Yekaterina»
İlham CƏMİLOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
Müəmmalara qapılan Kaplan
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
İfrat sağ və irqçiliyin fəsadları
Tarixdə bəşəriyyətin törətdiyi ən böyük fəlakət – İkinci Dünya müharibəsi
-
Krım tatarları soyqırıma uğrayıb
Polşa 1944-cü il sürgününü tanıyan 5-ci ölkə oldu
-
Yaşın nə fərqi var?
Bütün xatirələrin özün kimi cavandır
-
Ov tüfəngi ilə silahlanan kosmonavtlar
SSRİ kosmonavtlarının gizli həqiqətləri ...
-
Stalinin şəxsi tərcüməçisi ...
... 43-cü ildə Tehranda keçirilən “Böyük üçlük” görüşünün təşkilatçısı olan azərbaycanlı
-
Çapaladıqca batır
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
-
Eyni məqsədin müxtəlif formaları
“Oktyabr” bolşevizimi və “Fevral” teokratizmi
-
Xəzərdən Baltikə
“Adamlar və kitablar” silsiləsindən
-
Tsinpin ənənəni pozur
Pekin hansı “strateji səhvi” təkrarlamaq istəmir?
-
SSRİ dağıldısa onun qərarları da qüvvəsini itirdi
Qərb və Rusiya 1920-ci ilin Qafqaz xəritəsinə qayıtmalıdırlar
-
80 il əvvəlki Çerek qətliamı
Sovet əsgərləri 1500-ə qədər balkarı niyə öldürdü?
-
SSRİ-nin sonuncu amansızı
Putin imperiyanı qurmaq üçün cəlladını görəvləndirdi
-
Qırmızı imperiyanın avantürist rəhbəri
Qorbaçov Azərbaycan xalqının yaddaşında qanlı cəllad kimi qalacaq
O, SSRİ-də yeganə qadın olub ki, Mərkəzi Komitənin Rəyasət Heyətinin (həmin dövr üçün Siyasi Büro) üzvü seçilib. Ziddiyyətli, inadkar, iddialı, çalışqan, kabinetini mətbəxə dəyişməyən, gözəlliyi və çılğınlığı ilə sovet rəhbərlərini özünə cəlb edən, iki dəfə intihara cəhd edib ikincidə həyatına son qoyan Yekaterina Furtseva haqqında fikirlər heç vaxt birmənalı olmayıb. Modern.az saytı 14 il SSRİ-nin Mədəniyyət naziri kürsüsündə əyləşən Furtseva haqqında yazını təqdim edir.
15 yaşından komsomol sıralarında fəal bir yeniyetmə kimi tanınan Futseva siyasi karyerasına doğru sürətlə irəliləyib.
Siyasi fəaliyyətinə Kursk vilayətinin Koronevsk rayonunun komsomol katibi vəsifəsi ilə başlayan Furtseva «həmişə hazıram» devizi ilə ölkənin ayrı-ayrı bölgələrində müxtəlif vəzifələrdə çalışaraq qısa müddətdə öz iş prinsipi ilə fərqlənən kadr kimi tanınıb. Sözsüz ki, bu da rəhbərliyin diqqətindən yayınmayıb. Artıq 1942-50-ci illərdə Moskva şəhərinin Frunze rayonunda ikinci, sonra isə birinci katib vəzifəsində işləyəndə Furtseva bacarıqlı kadr kimi ölkənin siyasi elitasında kifayət qədər müsbət mənada tanınıb.
Furtsevanın Stalinlə ilk tanışlığı 1949-cu ilin yanvarın 21-də baş tutub. Leninin vəfatı ilə bağlı Kremldə matəm tədbiri keşiriləndə SSRİ Ali Sovetinin sədri Şvernik Furtsevanı Stalinə təqdim edib. Tanışlıqdan məmnunluğunu bildirən Stalin Furtsevaya qafqazsayağı kompliment deməyi də unutmayıb. İkinci dəfə onlar yenə də Kremldə bayram tədbirlərinin birində görüşüblər. Stalin Furtsevadan fotoqraf gələnə kimi uzaqlaşmamağı xahiş edərək onunla şəkil çəkdirmək arzusunda olduğunu bildirib.
Özünü həmişə formada saxlayan, geyiminə, səliqəsinə xüsusi diqqət yetirən və bunlarla bərabər ölkənin siyasi həyatında xüsusi fəallığı olan Furtseva sözsüz ki, heç vaxt kölgədə qala bilməzdi.
Furtsevanın Xruşşovla tanışlığı isə 1950-ci ildən başlayıb və bu tanışlıq onun siyasi karyerasında mühüm rol oynayıb. Həmin ildə Furtseva Moskva şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləyib. Xruşşov SSRİ-nin rəhbərliyinə gəldikdən sonra isə o, şəhərin birinci katibi vəzifəsinə yüksəlib.
Yüksəliş bu vəzifə ilə yekunlaşmayıb. İşi və siyasi fəaliyyəti Xruşşovu tam qane etdiyindən 1956-cı ildə Futseva Mərkəzi Komitənin katibi vəzifəsinə irəli çəkilib.
1957-ci ildə Furtsevanın Xruşşova nümayiş etdirdiyi sədaqət onun Kremldəki mövqelərini daha da möhkəmləndirib...
Həmin ildə Molotov, Kaqanoviç, Malenkov, Bulqanin, Voroşilov və Şepilov Xruşşovu SSRİ rəhbərliyindən kənarlaşdırmağa cəhd edirlər. Mərkəzi Komitənin növbəti iclasında tribunaya çıxan Molotov müzakirə olunacaq məsələni kənara qoyub Xruşşovun yarıtmaz siyasi fəaliyyəti haqqında çıxış edir. O cümlədən yuxarıda adları çəkilənlər də çıxışlarını bu mövzunun üzərində qururlar. Xruşşov deyilənlərlə razılaşmayaraq bu məsələnin yalnız plenumda müzakirə edilməsinin mümkünlüyünü söyləyir: «Məni bu vəzifəyə plenum seçib, bu vəzifədən də plenum azad edə bilər». İclas çox gərgin, mübahisəli keçir. Furtseva anlayır ki, iclasın son qərarı plenumun üzvlərinin dəvət olunması ilə nəticələnəcək. Mübahisələrin davam etdiyi bir məqamda Furtseva qəfil ayağa qalxaraq tualetə getmək üçün icazə istəyir. Kişilər üçün tualet iclas zalının lap yazınlığında yerləşir, qadınlar üçün isə binanın tamam əks istiqamətində olur. Ora gedib qayıtmaq üçün ən azı 10 dəqiqə vaxt lazım olduğunu hamı bilir. Bunu nəzərə alan Furtseva zaldan çıxan kimi öz otağına tələsir və Xruşşovun tərəfdarlarına tez zəng edərək məsələni agah edir, onları təlimatlandırır. Beləliklə, plenum üzvləri yığışdıqdan sonra məsələ müzakirə olunur, Xruşşovu «təslim» etmək mümkün olmur. Müasirləri həmin plenumda xanım siyasətçinin fəallığını və hərəkətlərini əsl siyasi möcüzə adlandırıblar. Həmçinin Furtsevanın həmin plenumda Xruşşov əleyhinə çıxanları «antipartiya qrupu» adlandırması da Kremlin siyasi həyatında ən cəsarətli addımlardan biri sayılıb.
Təbii ki, Xruşşov da Furtsevanın bu cəsarətini cavabsız qoymayıb. Furtseva Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvü seçilib.
Xruşşova xarici ölkələrə səfəri zamanı nümayəndə heyətinin siyahısını təqdim edəndə o, Fertsevanın da adının o siyahıda olmasını birdəfəlik göstəriş verib: «Bütün xarici səfərlərdə nümayəndə heyətinə Furtsevanı da əlavə edin. O mənə həmişə lazımdır».
O dövrdə Xruşşovla Furtseva arasında sevgi münasibətlərinin olması haqqında çox söhbətlər gəzib. Amma bu söhbətlər heç vaxt öz təsdiqini tapmayıb. Onların arasında vahid komanda üzvləri kimi sırf işgüzar münasibətlərin olması daha çox təsdiqlənib.
İkinci bir tərəfdən isə Furtsevanın öz sevgi oyunları, sevgi məcaraları nə qədər sirrli saxlanılsa da, ictimaiyyətdən gizli qalmayıb.
Rəfiqələrinin xatirələrində Furtsevanın hobbilərindən biri də yaraşıqlı kişiləri özünə cəlb etmək fikri də xüsusi yer alıb.
Elə müasirlərinin söylədiklərinə görə Furtseva Müslüm Maqomayevə də aşiq olub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan Müslüm Maqomayev 1964-65-ci illərdə Milanın «La Skala» teatrında təcrübəyə yollanıb. Həmin dövrdə müğənni üçün Milan Opera teatrına getmək çox müşkül bir məsələ sayılıb. O vaxtlar xaricə göndərilənlərin tərcümeyi-halı şəffaf və qüsursuz olmalı idi. Müslüm Maqomayevin tərcümeyi-halında isə «boşanıb», «komsomolçu olmayıb» kimi qeydlər onun səfəri üçün yetərincə problemlər yaratmalı idi. Buna baxmayaraq, o, maneələri keçə bilib. Və təbii ki, ortaya sual çıxıb: «Maqomayevin arxasında kim dayanır?» Cavab isə bəlli idi - SSRİ mədəniyyət naziri Yekaterina Furtseva.
Furtseva rəsmi olaraq iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Bitkov təyyarəçi olub. Bu cütlükdən dünyaya Svetlana gəlib. Böyük Vətən müharibəsində cəbhəyə yollanan Bitkov müharibədən qayıtdıqdan sonra Furtsevaya başqa bir qadını sevdiyini etiraf edərək ondan ayrılıb.
Furtseva ikinci dəfə 1954-cü ildə ikinci dəfə Firyubinlə rəsmi nikaha girib. Ancaq bu sevda da uzun çəkməyib. Furtsevaya görə iki uşağını və həyat yoldaşını atan Firyubin sonralar yenidən öz əvvəlki ailəsinə qayıdıb.
Furtseva xidməti işində nə qədər ciddi olubsa, asudə vaxtında da bir o qədər azad, sərbəst, əylənməyi sevən və bəzən də bu əyləncələrlə «həddini aşan» qadın olub. Onun alkoqola olan həvəsi isə dəfələrlə «yuxarılarda» müzakirə olunub.
Furtsevanı gözlənilmədən Mərkəzi Komitənin Rəyasət Heyəti üzvlüyündən çıxaranda onun damarlarını doğrayaraq intihar etmək cəhdini də məhz həddindən artıq spirtli içki qəbul etməyi ilə bağlayıblar.
1960-cı ildən 1974-cü ilə, ömrünün sonuna qədər Furtseva SSRİ-nin Mədəniyyət nazirliyinə rəhbərlik edib.
Kənardan çox xoşbəxt görünən nazir rəfiqələri ilə hisslərini bölüşərkən sonda həmişə bu ifadəni işlədib: «Məni bu həyatda heç kim başa düşmədi...»
Üçüncü Yekaterina kimi də adlandırılan Furtseva 1974-cü ildə vəfat edib. Onun ölümü də uzun illər müzakirə mövzusuna çevrilib. Bu müzakirələrə isə çox-çox sonralar SSRİ «KQB»-sinin şefi Kryuçkov bir sual-cümlə ilə son qoyub: «Bəyəm siz bilmirsiniz ki, Furtseva öz mənzilində vanna otağında özünə qəsd edib?»