vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
XADİM  
11:11 | 23 yanvar 2014 | Cümə axşamı Məqaləyə 1645 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qubad İbadoğlu başqanlıqdan danışdı

«Məhz buna görə çağırış etdim»

NƏRGİZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu Müsavatla AXCP arasında qarşıdurmanın dayandırılması barədə çağırışına reaksiya verilmədiyini bildirib.

O, «Gündəlik Teleqraf» qəzetinə açıqlamasında söyləyib ki, iki partiyanın bir-birini təhqir etməsi yolverilməzdir: 
«Məhz buna görə də hər iki tərəfə çağırış etdim. Düzü, mətbuatı izləmədiyimdən bu çağırışı kimlərin necə qarşılandığından xəbərsizəm. Şəxsən özümlə əlaqə saxlayan olmayıb. Son günlər iki partiya funksionerlərinin dedikləri barədə məlumatım yoxdur. Amma belə bir hal xoşagəlməz idi. Mən də buna son qoyulmasını istədim. Hazırda qarşıdurma dayandırılıbsa bu, müsbət haldır». 
Q. İbadoğlu adının Müsavat başqanlığına namizəd kimi hallanmasına da aydınlıq gətirib. Divan üzvü başqanlıq barədə düşünməyin tez olduğunu bildirib: «İndi bu barədə danışmağa hazır deyiləm. Vaxtı çatanda öz mövqeyimi ifadə edəcəyəm. Hələ ki, belə iddialarım yoxdur».
Qeyd edək ki, Q. İbadoğlu sosial şəbəkələrdə AXCP və Müsavata barışıq çağırışı etmişdi. Onun çağırışına birmənalı münasibət olmasa da, hazırda partiyalar arasında atəşkəs elan edilib.