
“Moşenniklərə ...”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»
Ellada Məmmədli: «İsa Qəmbər közərən pambığı alışdırmağa qadirdir»
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
Müsavatçılar necə aldadıldı?
Qubad İbadoğlu yeni hərəkat yaradıldığını bəyan etdi
Ellada Məmmədli: «Vurğun Əyyubu Müsavatdan çıxarmağa çalışırlar»
Rövşən Qəmbər: «Aprel ayında Qubad bəyin tərəfdarları ilə yeni partiya yaradacağıq»
Vurğun Əyyub: «O zaman da Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə 3 səs artıq qazandı»
Daha bir hay-küylü istefa
«Vicdanınıza və şərəfinizə and içərək...»
Qubad İbadoğlu: «... o barədə məlumatı bölüşəcəyik»
İsa Qəmbər ədalət istəyən narazı müsavatçıları «xain» adlandırdı
Gülağa Aslanlı: ««Müsavat»a böhtan atanlar cəzalandırıldı»
«Müsavat Partiyası Nizamnamə və proqram əsasında fəaliyyət göstərir, liderlərin arzu və istəkləri əsasında yox. İsa Qəmbər isə elə əvvəldən Arif Hacılının yanında olub və mən kiminsə yanında olduğuna görə kiməsə irad tuta bilmərəm».
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbərin bəyanatına münasibət bildirən partiyanın Məclis üzvü Vurğun Əyyub deyib.
Qeyd edək ki, İ. Qəmbər müşavirədə partiyanın başqanı Arif Hacılının yanında olduğunu söyləyib: «Kim özünə başqa lider axtarırsa, yolu açıqdır».
Partiyada bundan sonra qalıb-qalmayacağı, hansı addımlar atacağına gəlincə, V. Əyyub bildirib ki, partiyanın Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir: «Mən fəaliyyətimi ayrı-ayrı adamların dedikləri əsasında qurmuram. Partiya heç kimin şəxsi mülkiyyəti deyil. Müsavat Partiyasında demokratik ənənələr bərpa olunmalı, partiyanın qurumları legitimləşməlidir».