
“Moşenniklərə ...”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
Nəsib Nəsibli: «Əgər milli iradə varsa, bu problemlərin hamısını həll etməyə qadirdir...»
Nəsib Nəsibli: «Yoxsa yenə də keçmişdə olduğu kimi, az bir zamanda tələm-tələsik təşkilatlanma zərurəti qarşısında mı qalacayıq?»
«Gedib orda-burda ticarətlə məşğul olaram»
Ellada Məmmədli: «İsa Qəmbər közərən pambığı alışdırmağa qadirdir»
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
Müsavatçılar necə aldadıldı?
Ellada Məmmədli: «Vurğun Əyyubu Müsavatdan çıxarmağa çalışırlar»
Rövşən Qəmbər: «Aprel ayında Qubad bəyin tərəfdarları ilə yeni partiya yaradacağıq»
Vurğun Əyyub: «O zaman da Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə 3 səs artıq qazandı»
Daha bir hay-küylü istefa
«Vicdanınıza və şərəfinizə and içərək...»
Qubad İbadoğlu: «... o barədə məlumatı bölüşəcəyik»
Vurğun Əyyub: «Müsavat Partiyası heç kimin şəxsi mülkiyyəti deyil»
Müsavat Partiyasında son həftələr yaşananlar bu günlərdə özünün pik həddinə çatıb. Nəsib Nəsibli, Hikmət Hacızadə kimi ideoloqların partiyadan istefa verməsindən sonra yeni ittihamlar ortaya çıxdı. Hafta.az-ın əməkdaşına müsahibəsində Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bu ittihamlara aydınlıq gətirməyə çalışıb.
- 23 noyabrda Müsavat Partiyası ümumrespublika müşavirəsi keçirəcək. Bu müşavirənin məqsədi nədir? Hansı məsələlərin müzakirəsi gözlənilir?
- Bu müşavirə sadəcə olaraq, Müsavat Partiyasının gördüyü iş qrafikinə uyğun olaraq təşkil edilmiş bir tədbirdir. Bundan əvvəl bir çox rayon və bölgələrdə zona müşavirələri keçirilib. Amma Bakı şəhər təşkilatları ilə belə bir müşavirə hələ ki, baş tutmayıb. Əvvəlcədən də qərara alınmışdı ki, ümumrespublika müşavirəsi keçirilsin. Burada müsavatçıların təklif və rəyləri dinləniləcək. 2015-ci ilin konkret planında bu təklif, rəy və istəklər nəzərə alınacaq.
- Yaranmış vəziyyətə əsasən həmin müşavirədə istefalara münasibət gündəmə gətirilərək, ümumi müzakirə ediləcəkmi?
- Ümumrespublika müşavirəsi açıq olan bir tədbirdir. Orada Müsavat Partiyası üzvlərinin hər birinin iştirakı arzuolunandır. Həmin tədbirdə Müsavat Partiyası və rayon partiyası üzvlərini narahat edən bütün məsələlər ətrafında danışmaq olar.
- «Müsavat»dan istefa vermiş bir sıra müsavatçı ideoloqların - hansı ki, onlar partiyanın sütunları sayılırdılar – partiyadan istefa verərək, getməsinə münasibətiniz necədir? Nəsib Nəsibli, Hikmət Hacızadə... Onların saxtakarlıq və partiyadaxili söz azadlığının pozulması ittihamlarına münasibətiniz bilmək maraqlıdır...
- Müsavat Partiyasına qəbul və azad olma hər bir şəxsin öz hüququdur. Hər kəs də MP-yə sərbəst şəkildə daxil olub, partiyadan maneəsiz getmək hüququna malikdir. Mən hamının qərarına hörmətlə yanaşıram. Hər kəs öz qərarını verir. Həmin qərara da şərh vermək də onların özlərinin səlahiyyətindədir. Onların «saxtakarlıq və partiyadaxili söz azadlığının pozulması» ittihamları ilə isə razı deyiləm. Bu Müsavat Partiyasının keçirdiyi və bütün dünyaya nümayiş etdirdiyi partiyadaxili seçkilərə kölgə salmaq cəhdidir. Bunu təqdir etmirəm. Amma «Müsavat»da azad söz hər zaman olub. Heç kim dediyi sözə görə Müsavat Partiyasından xaric edilməyib. Cəzalandırılanlar partiyaya atdığı şər və böhtanlara görə partiyadan qovulublar.